Deputat: Mətbuat həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi
Azərbaycan mətbuatı xalqın maariflənməsində, ana dilinin və milli-mənəvi dəyərlərin qorunmasında, mədəniyyətin, incəsənətin təbliğində və inkişafında önəmli rol oynayır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycanın müstəqillik dövrünün mətbuatı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır:
"Ümummilli Liderin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə kütləvi informasiya vasitələri üzərindən senzuranın götürülməsi jurnalistlərə fikirlərini azad və sərbəst ifadə etmək üçün geniş imkan yaratdı. 1999-cu ildə qəbul edilən "Kütləvi informasiya vasitələri haqqında" qanunla isə mətbu orqanın təsis edilməsi üçün dövlət orqanlarından icazə tələbi ləğv edildi".
Deputat vurğulayıb ki, mətbuat nümayəndələri həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər:
"Jurnalistlər Azərbaycanın böyük zəfərinin müjdəçisi oldular. Hazırda dövlətimizin prioritet məsələlərindən biri də Qərbi Azərbaycanımıza qayıdışdır. Arzu edirəm ki, tez bir zamanda bu müjdəni xalqımıza, dünyaya çatdırasınız. Biz Prezident, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərərək necə Qarabağımıza qayıtdıqsa, Qərbi Azərbaycanımıza da qayıdacağıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 498 Tarix: 12 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə
10 sentyabrŞəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabr31° isti... - Sabahın havası
Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq
10 sentyabrLəman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma
10 sentyabrNikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə
10 sentyabr