Qızmar günəş altında işçi işlədən müəssisələr BU HALDA CƏRİMƏLƏNƏ BİLƏR

Qızmar günəş altında işçi işlədən müəssisələr BU HALDA CƏRİMƏLƏNƏ BİLƏRƏmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41 dərəcədən yüksək olanda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlar və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Milli Hidrometeorologiya Xidmətindən yaydığı məlumata əsasən ölkədə 40 dərəcə temperatur var. Vəziyyət belə olan halda açıq havada, yüksək temperaturda və günəş şüalarının altında işləmək məcburiyyətində qalan insanların aqibəti adamı narahat edir. Bu cür işlər daha çox tikinti, kənd təsərrüfatı, yol işləri və digər sahələrdə rast gəlinir. Sözügedən işçilər yüksək temperaturun yaratdığı təhlükələrlə, məsələn, istilik vurması, günvurma və susuzluqla üzləşə bilərlər.

BAKU.WS xəbər verir ki, işəgötürənlər üçün qanunvericilikdə sağlamlığının qorunması ilə bağlı müddəalar olmalıdır. Lakin bunlar olmadıqda həmin işə götürən müəssisə və ya qurmu cərimə gözləyir. Bu barədə vəkil Turan Abdullazadə BAKU.WS-ə açıqlama verib.

"İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən, əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl olunmamasına; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə 500 AZN-dən 1000 AZN-dək cərimə edilir" -deyə vəkil qeyd edib.

İşçilərin sağlamlığını qorumaq üçün bir sıra tədbirlər də görülməlidir. Bunlar əsasən aşağıdakılardır.

İş saatlarının tənzimlənməsi: İşçilərin günün ən qızmar saatlarında işləməsinin qarşısı alınmalı, iş saatları səhər tezdən və ya axşam saatlarına uyğunlaşdırılmalıdır.

İstirahət üçün uyğun şərait: İşçilər üçün kölgəlik, soyuq su və istirahət yerləri təmin edilməlidir.

Müdafiə vasitələri: İşçilər üçün baş geyimləri, gün eynəkləri, açıq rəngli paltarlar və digər müdafiə vasitələri təmin edilməlidir.

Təlim və maarifləndirmə: İşçilərə yüksək temperaturun təhlükələri və onlardan qorunmaq yolları barədə məlumat verilməlidir.

Bundan başqa kəskin istilərlə bağlı işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Əmək məcəlləsinə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1045   Tarix: 15 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr