Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
Bu gün Hanoy şəhərində keçirilmiş Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumu çərçivəsində 5 sənəd imzalanıb.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "Report"a verilən məlumata görə, sənədlər iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Birinci sənəd Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) ilə AZPROMO arasında imzalanıb. Sənəd qarşılıqlı investisiyaların təşviqi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi, birgə tədbirlərin təşkili və informasiya mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
İkinci sənəd Vyetnamın tekstil və geyim sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən olan "Phong Phu" Korporasiyası və Azərbaycana məxsus "GP Cotton Holdings" MMC arasında, üçüncü sənəd Vyetnamın "Tuong Vu Joint" şirkəti ilə Azərbaycanın "Fresh-Meat" şirkəti arasında, dördüncü sənəd Vyetnamın "Anc Group" şirkəti ilə Azərbaycana məxsus "Rahat Market" arasında, beşinci sənəd isə Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın "ROX Group" SC arasında (bərpa olunan enerji sahəsində əməkdaşlığa dair) imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 719 Tarix: 16 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10 sentyabrXankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11 sentyabrSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11 sentyabrSüni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR
"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur
11 sentyabrİstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislə
10 sentyabr