Toxuma xərçənginin analizini yaxşılaşdıran alət hazırlandı

Toxuma xərçənginin analizini yaxşılaşdıran alət hazırlandıOreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) tədqiqatçıları insan toxumasında hüceyrə tiplərinin öyrənilməsini asanlaşdıran, xərçəng araşdırmalarında inqilabi rol oynaya biləcək yeni bir alət "OmicsTweezer" hazırlayıblar.

Lent.az "MedicalXpress" portalına istinadla xəbər verir ki, yeni alət biopsiya yolu ilə əldə olunan toxuma nümunələrindəki hüceyrə tərkibini dəqiqliklə analiz etməyə imkan verir. "OmicsTweezer" bu məqsədlə böyükhəcmli bioloji məlumatları təhlil etmək üçün süni intellektin bir qolu olan dərin öyrənmə (deep learning) və optimal daşıma (optimal transport) kimi qabaqcıl maşın tədqiqatı metodlarından istifadə edir.

Tədqiqatın nəticələri "Cell Genomics" jurnalında dərc olunub. Layihənin baş müəllifi, OHSU-nun dosenti Zenq Sia qeyd edir: "Şiş mikromühiti, yəni şişin ətrafında olan hüceyrə mühiti şişin inkişafı və xəstəlik nəticələrinin formalaşmasında mühüm rol oynayır. Məqsədimiz toplu məlumatlardan istifadə etməklə bu mikromühitin hüceyrə tərkibini daha dəqiq aşkara çıxarmaqdır".

Ənənəvi yanaşmalarda alimlər təkhüceyrəli texnologiyalarla əldə olunan məlumatları daha sadə xətti modellərlə təhlil etməyə çalışırlar. Lakin bu zaman "paket effekti" adlanan uyğunsuzluq müşahidə olunur, yəni tək hüceyrədən və bütöv toxumadan alınan məlumatlar uyğun gəlmir, bu da nəticələrin etibarlılığına mənfi təsir göstərir. "OmicsTweezer" isə tək hüceyrə səviyyəsində əldə olunan nümunələri bütöv toxuma nümunələrindən əldə edilən daha mürəkkəb məlumatlarla uyğunlaşdırır. Bu uyğunlaşdırma, hər iki məlumat növünü eyni rəqəmsal məkanda birləşdirməklə baş verir. Beləliklə, məlumat toplama üsullarından qaynaqlanan fərqlər azaldılır və daha etibarlı nəticələr əldə olunur.

Yeni alət həm simulyasiya edilmiş verilənlərdə, həm də prostat və bağırsaq xərçəngi olan xəstələrdən götürülmüş real toxuma nümunələrində sınaqdan keçirilib. Alət vasitəsilə hüceyrə alt tipləri və xəstələr arasında fərqlənən hüceyrə populyasiyalarının dəyişiklikləri uğurla müəyyən edilib. Bu isə gələcəkdə potensial terapevtik hədəflərin müəyyənləşdirilməsində tədqiqatçılara kömək edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 680   Tarix: 20 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq

Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay

6 sentyabr
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20 sentyabr
.

Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi

Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b

8 sentyabr
.

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus

13 sentyabr
.

C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..

Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureat

1 sentyabr
.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl

13 sentyabr
.

Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı

Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü

20 sentyabr
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15 sentyabr
.

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların

12 sentyabr