Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır

Bu ölkələrdə uşaqların çoxu natamam qidalanırQidalanmanın insan sağlamlığına və həyat keyfiyyətinə təsiri çoxsaylı araşdırma mövzusudur. Tədqiqatlar təsdiqləyib ki, ev şəraitində hazırlanmış yeməklər sağlam qidalanma prinsiplərinə tam uyğun gəlməsə də, orqanizmə daha az ziyan vurur. Hətta bəzi hallarda pis vərdişlərə aludəçilik qidalanma pozuntularının göstəricisi kimi qəbul edilir.

Süd, eləcə də bərk və yarımbərk qidalar uşaqların həyatının ilk illərində normal böyümə və inkişaf üçün zəruridir. Əgər orqanizm kifayət qədər zəruri qida maddələri qəbul etmirsə, uşağın ehtiyacları qarşılanmır. Qidalanmanın keyfiyyətini nəzarətdə saxlamaq və ona təsir etmək üçün əvvəlcə nə qədər uşağın natamam qidalandığını müəyyənləşdirmək vacibdir.

Lent.az xəbər verir ki, bu məqsədlə Harvard Universitetinin bir alimi 92 inkişaf etməkdə olan ölkədəki uşaqlarla bağlı məlumatları araşdırıb.

Elmi iş "JAMA Network Open" jurnalında dərc olunub.

Elmi məqalənin müəllifi "natamam qidalanan uşaqlar" və ya "zero-food children" anlayışını təqdim edib. O, bu anlayışla 6–23 aylıq, son 24 saat ərzində nə heyvan mənşəli süd, nə süni süd qarışıqları, nə də bərk və ya yarımbərk qida qəbul etməyən uşaqları nəzərdə tutmağı təklif edib. Tədqiqatda milli səviyyədə təmsilçilik qabiliyyəti olan ailə məlumatları təhlil olunub və bu məlumatlar 6 aydan yuxarı, iki yaşdan kiçik uşaqlara aiddir. Məlumatlar demoqrafiya və səhiyyə sahəsində aparılmış araşdırmalar zamanı toplanıb.

Alimin istifadəsində, həmçinin 2010-cu il mayın 20-dən 2022-ci il yanvarın 27-dək 92 aşağı və ortagəlirli ölkədə aparılmış sorğuların nəticələri olub. Tədqiqatçı uşaqların qidalanmasına dair məlumatları həm müqayisə edilə biləcək formaya salıb, həm də etibarlılığını qoruyub saxlayıb. Nəticədə 276 379 uşaq barədə məlumat formalaşıb və onların 51,4 faizi oğlan olub.

Ümumi nümunə üzrə "zero-food" uşaqların ehtimal olunan payı 10,4 faiz təşkil edib. Ayrı-ayrı ölkələrdə bu göstərici ciddi fərqlənib, məsələn, Kosta-Rikada cəmi 0,1 faiz, Qvineyada isə 21,8 faiz olub. Son 24 saat ərzində heyvan mənşəli süd, süd qarışıqları və ya bərk/yarımbərk qida qəbul etməyən uşaqların ən çox rast gəlindiyi bölgələr Qərbi və Mərkəzi Afrika (ümumi yayılma – 10,5 faiz) və Cənubi Asiya (15,7 faiz) olub.

Məqalə müəllifi vurğulayıb ki, aşağı və ortagəlirli ölkələrdə uşaqlar üçün ərzaq təhlükəsizliyi təmin olunmalıdır. Tədqiqatın diqqət mərkəzində olan yaş dövrü uşağın sağlam inkişafı üçün kritik əhəmiyyətə malikdir.

Məqalədə təklif olunur ki, yüksək qida dəyərinə malik məhsullara çıxış genişləndirilsin, analar və qəyyumlar düzgün qidalandırma ilə bağlı maarifləndirilsin, eləcə də səhiyyə sistemi möhkəmləndirilsin. Alim qeyd edib ki, hər bir ölkənin mədəniyyəti və cəmiyyətin xüsusiyyətləri nəzərə alınmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 678   Tarix: 03 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirdi - Ölən və yaralananlar var

Rusiya ordusu Ukraynaya qarşı hava hücumlarını davam etdirir. Son günlər həyata keçirilən raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində yaşayış binalarına, enerji obyektlərinə və mülki infrastruktura ciddi ziyan dəyib. Hücumlar ölkənin bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilələr

16 noyabr
.

Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur

Rusiyanın bir sıra varlı iş adamları Vladimir Putinin hakimiyyətdən getməsindən sonrakı siyasi və iqtisadi vəziyyət barədə düşünməyə başlayıblar. BBC-nin araşdırmasına görə, ölkənin biznes elitası gələcəkdə siyasi təsirlərini yenidən artırmaq imkanlarını nəzərdən keçirir. Məqalədə bildirilir ki, 1990-c

16 noyabr
.

600 qoyun Nürnberq şəhərinin mərkəzindən keçdi

Almaniyanın Nürnberq şəhərində qeyri-adi mənzərə yaşanıb. Təxminən 600 qoyun şəhərin küçələrindən keçərək qış otlaqlarına doğru hərəkət edib. xəbər verir ki, qoyun sürüsü şəhərin bir neçə küçəsini və bazar meydanını əhatə edən, təxminən 10 kilometr uzunluğunda marşrut qət edib. Heyvanları çobanlar,

16 noyabr
.

ABŞ-da Qrand-Kanyon yaxınlığında təyyarə qəzaya uğradı: 3 nəfər öldü

ABŞ-ın Arizona ştatında, Qrand-Kanyon Milli Parkının ərazisində kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, bu barədə ABŞ Milli Parklar Xidməti məlumat yayıb. Bildirilib ki, "Piper Comanche" tipli təyyarənin qalıqları noyabrın 16-da səhər saatlarında aşkarlanıb

17 noyabr
.

Yeni koronavirus ştammı - əlamətlər hansılardır, niyə həyəcan təbili çalınır?

Dünyada PJ.2.1 koronavirus variantı yayılır. İnfeksiyaya yoluxma hallarının ABŞ, Kanada və bir sıra Avropa ölkələrində qeydə alındığı bildirilir. Mütəxəssislərin sözlərinə görə, bu ştamın yaratdığı əlamətlər adi soyuqdəymə və ya mövsümi qriplə oxşardır. Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər veri

15 noyabr
.

Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib: 47 bank məhdudiyyətlərə düşüb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək 145 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib. Sanksiyalara 47 Rusiya bankı da daxil edilib. xəbər verir ki, bu barədə Aİ Şurasının "Avropa İttifaqının Rəsmi Jurnalı"nda dərc olunan qərarında bildirilir. Yeni sanksiyalar

16 noyabr
.

ABŞ-İran qarşıdurmasında gərginlik artır: Yeni hücum təhlükəsi və diplomatik danışıqlar

ABŞ və İran arasında hərbi qarşıdurma təhlükəsi yenidən gündəmə gəlib. Ən son məlumatlara görə, tərəflər arasında gərginlik davam edir, mümkün yeni hərbi əməliyyatlarla bağlı qarşılıqlı bəyanatlar səsləndirilir. Vaşinqton iqtisadi təzyiqləri və diplomatik vasitələri ön plana çıxarmağa çalışsa da, bölgəd

16 noyabr
.

Fransada 300 minə qədər insan etiraz aksiyalarına çıxacaq

Fransada bu gün yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları planlaşdırılıb və bu aksiyalarda 220 mindən 300 minə qədər insan iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Təkcə Parisdə rəsmilər 30 mindən 60 minə qədər insanın iştirakını gözləyirlər

17 noyabr
.

Aİ Rusiyaya qarşı sanksiya siyahısına daha 145 fiziki və hüquqi şəxsi daxil edib

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və daha 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyiblər. APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlər

16 noyabr