Baş ağrısını dərmansız 5 dəqiqəyə dəf edin - ASAN ÜSULLAR
Bəzən baş ağrısı gözlənilmədən başlayır və əlinizin altında heç bir dərman olmur. Amma narahat olmağa dəyməz, vəziyyəti bir neçə dəqiqə ərzində yüngülləşdirmək üçün sadə və əlçatan üsullar var.
Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Güzgü qarşısında üz gimnastikası
Üz əzələlərindəki gərginliyi azaltmaq üçün güzgü qarşısında bir neçə sadə hərəkət edin. Qaşlarınızı bir-bir, sonra isə eyni anda qaldırın. Gözlərinizi yumub bəbəklərinizi sağa və sola hərəkət etdirin. Barmaqlarınızın ucu ilə qaşlarınızın üzərinə yüngülcə basaraq onları buruna doğru yönəldin. Hər hərəkətdən sonra əzələlərin bir qədər istirahət etməsinə imkan verin – bu, rahatlaşdırıcı təsiri artıracaq.
Akkupunktur massajı
Gicgah nahiyəsində basdıqda azacıq ağrı verən nöqtələri tapın. Bu nöqtələr reflektor zonalardır. Onları dairəvi hərəkətlərlə yüngülcə masaj edin. Bu masaj qan dövranını sürətləndirir, damarları genişləndirir və ağrını xeyli azalda bilər. Eyni üsulu burun körpüsü nahiyəsində də tətbiq etmək olar.
Gözlər üçün məşq
Gözlərinizi yumub qapaqlarınızı dairəvi hərəkətlərlə masaj edin əvvəl saat əqrəbi istiqamətində, sonra əksinə. Bu sadə üsul orta səviyyəli baş ağrısında 3–5 dəqiqə ərzində yüngülləşmə verə bilər.
Ayaqlar üçün isti vannalar
Ayaqlarınızı ilıq (qaynar olmayan) suya salın və bir neçə dəqiqə saxlayın. Bu üsul qanın başdan ayaqlara yönəlməsinə kömək edir, baş damarlarındakı təzyiqi azaldır və ağrını zəiflədir. Amma yüksək təzyiq problemi olan insanlar üçün bu üsul məsləhət deyil.
Boyun və çiyin əzələlərinin rahatlaşdırılması
Əgər baş ağrısı boyun osteoxondrozu və ya əzələ gərginliyi ilə bağlıdırsa, boyun əzələlərini yüngülcə isinmək kömək edə bilər. Başınızı sola, sağa, irəli və geri hərəkət etdirin, ancaq hərəkətlər kəskin olmamalıdır. Hər hərəkətdən sonra fasilə verərək əzələlərin istirahət etməsinə şərait yaradın.
Qulaq seyvanlarının stimulyasiyası
Əllərinizi ovuşdurub isidin, sonra qulaqlarınıza qoyun və yüngülcə ovun. Daha sonra qulaq memelərini yuxarı, aşağı və yanlara doğru çəkərək qan dövranını aktivləşdirin. Bu da gərginliyin azalmasına kömək edəcək.
Bu üsullar həm evdə, həm də yolda istifadə oluna bilər. Əsas odur ki, hərəkətlər sakit və diqqətli şəkildə yerinə yetirilsin. Əgər baş ağrısı davamlı və şiddətlidirsə, həkimə müraciət etmək vacibdir
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrHər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
1 noyabrGöz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabrKişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4
31 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabr