Məşhur reper avtomobil qəzasına düşdü
Məşhur amerikalı reper Lil Pump (əsl adı Qazzi Qarsia) ağır avtomobil qəzasına düşüb. 24 yaşlı musiqiçinin maşını ad günündən cəmi bir neçə gün əvvəl yağış səbəbindən sürüşkən yolda aşıb. İfaçı əmindir ki, yalnız İlahi möcüzə sayəsində sağ qalıb.
Sonxeber.az xəbər verir ki, reper hadisə yerindən görüntüləri "Instagram" səhifəsində paylaşıb.
Onun sözlərinə görə, qəzanın səbəbi güclü leysan olub, bu da avtomobilin idarəetmədən çıxmasına gətirib. Maşın aşdıqdan sonra Lil Pump pəncərəni sındıraraq əzilmiş nəqliyyat vasitəsindən çıxa bilib.
Faciədən sarsılan reper etiraf edib ki, ölümdən bir addım uzaqda olub:
"Dostlar, bir neçə gün əvvəl həyatımı itirmək üzrəydim. Tanrı var! Yağış yağanda maşın sürməyin. Sağlamlıq sərvətdir. Çıxmaq üçün pəncərəni sındırmalı oldum. Əgər bunu etməsəydim, indi sağ olmazdım", - deyə o bildirib.
Lil Pump qeyd edib ki, qəza dörd gün əvvəl baş verib və hələ də yaşadıqlarının təsiri altındadır.
Qeyd edək ki, epataj davranışı və təxribatçı mətnləri ilə tanınan ifaçı hadisədən sonra ad günü planlarını dəyişib:
"Ad günümdə Tanrıya bütün nemətlərinə təşəkkür üçün kilsəyə gedəcəyəm", - deyə vurğulayan reper, artıq həyatı və sağlamlığı daha çox qiymətləndirdiyini qeyd edib.
Qazzi Qarsia 2017-ci ildə "Gucci Gang" hiti ilə məşhurlaşıb. Bu mahnı ona dünya şöhrəti və milyonlarla dinləyici qazandırıb. Karyerası ərzində o, Kanye Uest və DJ Khaled kimi ulduzlarla əməkdaşlıq edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 632 Tarix: 14 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr