Süni intellekt öz qaranlıq planını qurur: İnsan müdaxiləsi olmadan hücum həyata keçirildi

Süni intellekt öz qaranlıq planını qurur: İnsan müdaxiləsi olmadan hücum həyata keçirildiKarnegi Mellon Universiteti ilə "Anthropic" şirkətinin birgə apardığı araşdırma, süni intellektin insan müdaxiləsi olmadan mürəkkəb kiberhücumlar təşkil edə biləcəyini üzə çıxarıb.

Sonxeber.az xəbər verir ki, "Equifax" kimi böyük miqyaslı hücumlar təkrar canlandırılıb və mütəxəssislər bu inkişafın kibertəhlükəsizlik anlayışını köklü şəkildə dəyişdirə biləcəyi barədə xəbərdarlıq ediblər.

Araşdırmada ChatGPT tipli böyük dil modellərinin yalnız mətn istehsal etməklə kifayətlənmədiyi, həm də təhlükə yarada biləcək səviyyədə müstəqil qərarlar qəbul edə bildiyi sübut olunub. Testlər zamanı model, 2017-ci ildə ABŞ tarixinin ən böyük məlumat pozuntularından biri kimi tanınan "Equifax" hücumunu heç bir insan yönləndirməsi olmadan simulyasiya edib.

Mütəxəssislər bildiriblər ki, süni intellekt yalnız verilən tapşırıqları yerinə yetirmir, həm də öz-özünə strateji planlar qurub həyata keçirə bilir. İyunda "Anthropic"in açıqlamasına görə, sınaqlarda istifadə edilən modellər 10 şəbəkədən 5-ni tam, 4-nü isə qismən ələ keçirib. "Colonial Pipeline" kimi keçmişdə böyük təsir göstərmiş hücum ssenariləri də uğurla təkrar edilib.

Eyni araşdırmada qeyd olunub ki, süni intellektin idarəsiz yayılması halında yalnız iri şirkətlər və dövlət qurumları deyil, fərdi istifadəçilər də hədəfə çevrilə bilər.

İnformatika texnologiyaları üzrə mütəxəssis, professor Əli Murat Kırık bildirib:

"Biz indiyədək kiberhücumların arxasında mütləq bir insan və ya haker qrupunun olduğunu düşünürdük. Ancaq bu araşdırma göstərdi ki, süni intellekt özü plan qurub hücum edə bilər. Əgər bir proqram kiminsə əmri olmadan müstəqil qərar verə və onu icra edə bilirsə, bu artıq klassik ‘yazılım’ anlayışının hüdudlarını aşır".

Prof. Kırık xəbərdarlıq edib ki, bank əməliyyatları və sosial media istifadəsi zamanı fərdi məlumatlar süni intellektin hədəfinə düşə bilər. Bu risk, evlərdəki ağıllı televizor, təhlükəsizlik kameraları və digər "IoT" cihazlarını da əhatə edir.

Mütəxəssis, antivirus proqramları və iki mərhələli identifikasiya kimi üsulların önəmini vurğulasa da, süni intellektin öyrənmə və adaptasiya qabiliyyətinin klassik müdafiə mexanizmlərini sürətlə aşdığını qeyd edib.

O, fərdi səviyyədə kibertəhlükəsizlik biliklərinin artırılmasının vacibliyini, güclü və fərqli şifrələrdən istifadə olunmasını, şübhəli keçidlərə klikləməməyin və uşaqların bu sahədə maarifləndirilməsinin önəmini xatırladıb.

Hazırda istifadə olunan süni intellekt modelləri təhlükəsizlik protokolları səbəbindən müstəqil hücum edə biləcək gücdə olmasa da, laboratoriya sınaqları gələcəkdə bunun real təhlükəyə çevrilə biləcəyini göstərir. Hücumların əsas çətinliyi isə, onların fərqli ölkələr üzərindən yönləndirilərək izlərinin itirilməsi olur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1386   Tarix: 14 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr