İsveçdə yüzlərlə bağçanı bağlamağa hazırlaşır
İsveçdə doğum səviyyəsinin kəskin azalması ölkəni ciddi demoqrafik böhranla üz-üzə qoyub.
Sonxeber.az-ın "Dagens Nyheter" qəzetinə istinadən xəbər verir ki, əgər mövcud mənfi tendensiya davam edərsə, növbəti 10 ildə ölkədə hər 10 uşaq bağçasından biri fəaliyyətini dayandıracaq.
İki il əvvəl məktəbəqədər yaş qruplarında ilk azalma qeydə alınıb.
Sundsvall bələdiyyəsinin məktəbəqədər təhsil müəssisələri şöbəsinin müdiri Mikael Nilsson Ritlinger bildirib ki, proses artıq üçüncü ildir davam edir:
"Bələdiyyələr çətin qərarlar qəbul etmək məcburiyyətində qalır. Biz valideynlər üçün narahatlığı minimuma endirmək üçün bağçaları yalnız digər məktəbəqədər müəssisələrin olduğu ərazilərdə bağlamağa çalışırıq."
Demoqrafların proqnozlarına görə, 2024-2034-cü illər ərzində İsveçdə məktəbəqədər yaşlı uşaqların sayı 43 min nəfər azalacaq. Bu, təxminən 800 uşaq bağçasının bağlanması və yüzlərlə əməkdaşın işsiz qalması deməkdir. Təhsil sistemi də zərbə alacaq - 2032-ci ilə qədər 6-15 yaş arası şagirdlərin sayının da kəskin azalacağı gözlənilir.
2024-cü ildə İsveçdə doğum göstəricisi hər qadına 1.43 uşaq səviyyəsinə enib - bu, müşahidələr tarixində ən aşağı göstəricidir. Müqayisə üçün, on il əvvəl bu rəqəm 1.88 idi.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər tendensiya dəyişməsə, isveçlilərin hər yeni nəsli əvvəlkindən 30% az olacaq. Bu isə əmək qabiliyyətli əhalinin azalması, sosial xərclərin artması və vergi daxilolmalarının zəifləməsi kimi ciddi sosial-iqtisadi nəticələr doğuracaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 849 Tarix: 14 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr