ABŞ-lı qadın "Coca-Cola" kolleksiyası ilə Ginnes rekordunu yenilədi
ABŞ-ın Şimali Karolina ştatının Lenuar şəhər sakini Debbi İndikott "Coca-Cola"ya aid dünyanın ən böyük kolleksiyasına sahib olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Sonxeber.az bildirir ki, UPI-nin məlumatına görə, onun kolleksiyasında hazırda 5 min 623 unikal eksponat var.
İndikott ilk dəfə bu rekordu 2020-ci ildə 2 min 28 tematik əşya ilə qazanıb. 2023-cü ildə kolleksiyadakı nümunələrin sayı 5 min 70-ə çatıb. Lakin həmin ilin sonunda rekord "Coca-Cola"ya aid 5 min 237 eksponat toplayan Cefri S. Fuke kiçiyə keçib. İndi isə Debbi yenidən birinciliyi ələ alıb.
Kolleksiyaçı bildirib ki, bu həvəsi əvvəlcə ailədə narazılıq yaradıb. Səbəb isə ərinin atasının uzun illər "Pepsi" şirkətində çalışması və evdə "Coca-Cola"ya aid əşyaların xoş qarşılanmaması olub. Ancaq zamanla ailə üzvləri onun hobbisini qəbul edib və bəyənməyə başlayıblar.
Debbi İndikottun sözlərinə görə, bu maraq sadəcə qırmızı rəng sevgisindən yaranıb: "Antikvar mağazalarında hər qırmızı əşya diqqətimi çəkir. Düşünürəm ki, "Coca-Cola"ya sevgim də belə başladı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 824 Tarix: 15 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib
10 sentyabrBu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də
11 sentyabrYeni təhsil qanununun qəbulu təklif edilir
Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri
11 sentyabrŞəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabrDİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca
10 sentyabr