Pəhrizində az tərəvəz olanlarda psixoloji problemlər riski 60% yüksəkdir
Avstraliyanın Kvinslend Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, gündə bir porsiyadan (75 qram) az tərəvəz yeyən insanlarda psixoloji problemlərin yaranma riski, müntəzəm olaraq xiyar, pomidor, kartof və yerkökü kimi tərəvəzlər istehlak edənlərlə müqayisədə 60% daha çoxdur.
Sonxeber.az xəbər verir ki, nəticələr International Journal of Environmental Research and Public Health jurnalında dərc olunub.
Tədqiqatda 45 mindən çox avstraliyalı iştirak edib. Onların qidalanma vərdişləri və psixi sağlamlığı təhlil olunub, həmçinin depressiya, narahatlıq və stres səviyyəsini ölçən testlər aparılıb.
Məlum olub ki, gündə beş və daha çox porsiya tərəvəz yeyənlərdə bu cür problemlər daha az müşahidə olunur. Effekt xüsusilə qadınlarda nəzərə çarpır — qadınlar üçün ən yaxşı nəticə gündə beş və daha çox porsiya, kişilər üçün isə üç-dörd porsiya tərəvəz qəbuludur.
Alimlər bildirirlər ki, tərəvəzlər psixi pozğunluqlar üçün müalicəni əvəz edə bilməz, amma nəticələr sağlam qidalanma ilə bağlı mövcud tövsiyələrə uyğundur. Daha əvvəl aparılan araşdırmalar göstərib ki, bitki mənşəli qidaların tərkibindəki antioksidantlar beyində iltihabı azalda və neyrotransmitterlərin kimyəvi balanssızlığını aradan qaldıra bilər. Bu iki amil depressiyanın inkişafı ilə əlaqələndirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 631 Tarix: 15 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr