Livandan İrana xəbərdarlıq: "Daxili işlərimizə qarışmayın"
Livanın Baş naziri Navaf Salam İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşündə bəzi İran rəsmilərinin "Hizbullah"ın tərksilah olunması ilə bağlı fikirlərini kəskin tənqid edib.
Sonxeber.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.
Baş nazir bildirib ki, bu cür bəyanatlar Livanın daxili işlərinə qarışmaqdır:
"Livan hökumətinin daxili siyasətlə bağlı qərarları heç bir ölkədə müzakirə obyekti ola bilməz. Livanın qərar qəbuletmə mərkəzi Nazirlər Şurasıdır və ölkədə qərarlar yalnız livanlılar tərəfindən verilir, heç kəsin himayəsi, yaxud diktəsi ilə qəbul olunmur".
Qeyd edək ki, Livan Prezidenti Cozef Aun da Əli Laricani ilə görüşdə oxşar mövqe sərgiləyərək, ölkəsinin daxili işlərinə hər hansı müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 721 Tarix: 15 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr