Prezidentin ali hərbi rütbə verdiyi hərbçilər kimlərdir? - DOSYE
Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu general-mayor Babək Vahid oğlu Qurbanova "general-leytenant", polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə "general-mayor" ali hərbi rütbələri verilib.
Oxu.Az hər üç şəxsin dosyelərini təqdim edir:
Babək Qurbanov 1982-ci il iyulun 19-da Şahbuz rayonunda ana
Babək Qurbanov bundan öncə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Eyni zamanda, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə də təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalına layiq görülüb.
Azər Şirinov Vətən müharibəsinin iştirakçısı olub. O, nümayiş etdirdiyi igidliyə görə "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
2023-cü il sentyabrın 27-si "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ respublikasının dövlət naziri" vəzifəsində çalışmış, 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Həmin vaxt "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin rəisi Azər Şirinov olub.
Ceyhun Nəbiyev dövlət başçısının sərəncamı əsasında vaxtilə xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə "Hərbi xidmətlərə görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalına layiq görülüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi