Azərbaycanın kartof ixracı 43 faizdən çox artıb - Bəs yerli bazarda vəziyyət necədir?

Azərbaycanın kartof ixracı 43 faizdən çox artıb - Bəs yerli bazarda vəziyyət necədir?2025-ci ilin ilk yarısında Azərbaycanın kartof ixracı kəskin şəkildə artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyun ayları ərzində ölkədən 69 min tondan çox kartof ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 faizdən çox artım deməkdir. Dəyər baxımından isə ixrac yeddi milyon dollar artaraq 27.4 milyon ABŞ dollarına çatıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Həm ixrac, həm də idxal davam edir

Statistik məlumatlara nəzər salarkən, əslində hər şey qaydasında kimi görünür. Həm məhsul bol olub, həm də ölkəyə əlavə valyuta daxil olub. Amma ixracla yanaşı, bu məhsulun idxalı da davam edib. Bəs ümumilikdə kartof bazarında vəziyyət necədir?

2024-cü ildə ölkədə kartof əkinlərinin ümumi sahəsi 46 748.6 hektar təşkil edib. Bu göstərici 2023-cü ildə 49 460.5, 2022-ci ildə isə 54 min 775.7 hektar olub. Ötən il ölkədə ümumilikdə 927 381.7 ton kartof istehsal edilib. Onun da 48.3 min tonu xaricə ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana xarici ölkələrdən 42 651.4 ABŞ dolları dəyərində 149 206.0 ton kartof idxal edilib. Bu da kartofun orta gömrük dəyərinin təxminən 285.85 ABŞ dolları/ton (0.29 ABŞ dolları/kq - 0.49 manat) olması deməkdir. Son bir ildə idxal edilən kartofun gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Ən çox kartof İrandan (66 min ton), Gürcüstandan (24 min ton) və Türkiyədən (10 min ton) idxal olunub.

Xatırladaq ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 840-845 min ton göstərilir.

Xərclərin artması maya dəyərini ciddi şəkildə artırır

Cəlilabad rayonunda kartof əkini ilə məşğul olan təcrübəli fermer Elman Mansurov bildirir ki, bu il məhsuldarlıq pis olmasa da, xərclərin artması qazancı ciddi şəkildə azaldıb: "Məhsuldarlıq əsasən toxumun keyfiyyətindən asılıdır. Məsələn, bəzi toxumlar hektara 20-25 ton məhsul verir, amma "Arizona" sortu ilə 35-40 tona qədər məhsul toplamaq olur. Lakin məsələ burasındadır ki, bu məhsulu əldə etmək üçün çəkilən xərclər illər öncəsi ilə müqayisədə dəfələrlə artıb".

Fermerin sözlərinə görə, torpaq icarəsindən tutmuş, gübrəyə, işçi qüvvəsinə, qablaşdırmaya və nəqliyyata qədər bütün xərclər iki-üç qat bahalaşıb: "Torpaq icarəsi əvvəllər 500-600 manat idi, indi 1 000-1 200 manata qalxıb. El arasında "qırmızı gübrə" deyilən "Nitroammofoska" gübrəsi əvvəllər 11 manat 50 qəpiyə satılırdısa, bu il biz onu 40 manata aldıq. Azot gübrəsi 30 manata başa gəldi. İşçi qüvvəsi də bahalaşıb. Vaxtilə sahədə qadınlar gündəlik 15 manata işləyirdilərsə, bu il 25-30 manat istəyirlər". Fermerin dediyinə görə, bu xərclərə kartof yığımı zamanı istifadə olunan materiallar da əlavə olunur: "Məsələn, kağız kisələr və yapışqan lentlərin qiyməti də kəskin bahalaşıb. Keçən il kağız kisənin bir ədədini 55-60 qəpiyə alırdıqsa, bu il 75-80 qəpik oldu. Yapışqan lentin qutusunu əvvəl 90-100 manata alırdıq, bu il 120-130 manata aldıq. Suvarma aparan fəhlə bir günü 20 manata işləyirdi, indi 35-40 manat istəyir və s. Bu isə məhsulun maya dəyərini ciddi şəkildə artırır".

Xarici bazarlar əsas ümid yeridir

Fermerlər üçün əsas ümid ixrac bazarları olsa da, burada da vəziyyət ürəkaçan deyil. Həmsöhbətimiz deyir ki, nəqliyyat xərcləri və gömrük rüsumları artıb. Amma yenə də Azərbaycan kartof istehsalçıları üçün xarici bazarlar yeganə ümid yeridir: "Əgər Rusiya, Ukrayna, Gürcüstan bazarları olmasa, biz batarıq. Keçən il daha çox məhsul ixrac edə bilmişdik. Bu il nəqliyyat və logistika xərclərinin artması bizi geriyə saldı. Bəzən Rusiya ilə problem yaşanır, məhsulu göndərə bilmirik. Onda məcbur yerli bazarda satırıq. Amma qiymət dərhal düşür. Məsələn, bu yaxınlarda Rusiya ilə problem olanda kartofun topdansatış qiyməti yerli bazarda 35-40 qəpiyə qədər enmişdi".

Elman Mansurov vurğulayır ki, artan xərclər məhsulun qiymətinə əlavə olunsa da, bazar qiymətləri bu dəyişiklikləri əks etdirmir. Fermerlər zərərə işləmək məcburiyyətində qalırlar: "Aprelin sonu, mayın əvvəllərində kartofun topdansatış qiyməti 1 manat 20 qəpiyə çatmışdı. Sonra 80 qəpiyə, daha sonra isə açıq sahələrdə yığım başlayanda 60 qəpiyə qədər ucuzlaşdı. Hər tonun xərci 12-13 min manata başa gəlir. 60 qəpiklə satanda hektardan ancaq 2-3 min manat qazanc qalır".

İstehsalda qeyri-bərabər paylanma

İqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, kartof bazarındakı dalğalanmalar dərin struktur problemlərinin nəticəsidir: "İstehsal təqvimə görə qeyri-bərabər paylanıb. Yaz və payızda bolluq olur, məhsul bir anda bazara çıxır. Çünki saxlama infrastrukturu zəifdir. Hazırkı dövrdə 60-70 faiz bazar payı yerli kartofa məxsusdur. Bu tendensiya payıza doğru da dəstəklənəcək. Amma qışa doğru yerli məhsulun bazar payı əhəmiyyətli dərəcədə azalır və bazarın 70 faizini idxal kartofu tutur". O, bölgələrdə soyuducu anbarların tikilməsini və dövlət dəstəyinin artırılmasını təklif edir.

"Əvvəl ixrac, sonra daxili bazar"

Kənd təsərrüfatı mütəxəssisi Mircavid Həsənov isə bildirir ki, Azərbaycanın kartofu, xüsusilə Rusiyada brend məhsul kimi tanınır və orada baha satılır: "Bizdə istehsal kifayət qədərdir. Amma məhsul ilk olaraq ixrac olunur. Bu isə o deməkdir ki, daxili bazar ikinci plana keçir. Halbuki, istehsal həcmi elə səviyyədədir ki, əgər ixrac olmasa, ölkə əhalisinin tələbatını tam ödəmək olar. Problem ondadır ki, tələbat var, həcm də var, amma mal xaricə getdiyinə görə yerli bazar boş qalır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 637   Tarix: 17 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binanın divarı maşınların üzərinə aşdı - Anbaan görüntülər

Bakıda binanın divarı minik avtomobillərinin üzərinə aşıb. "Qafqazinfo" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Qarabağ küçəsində baş verib. Bir müddət əvvəl söküntüsü aparılmış 4 mərtəbəli binanın yolun kənarında olan qalıq hissəsi qəfil uçub. Divar ərazid

4 iyun
.

Sabah 32° isti olacaq

İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şər

4 iyun
.

"Azərbaycan-ABŞ arasında ticarət dövriyyəsi 2,2 dəfə artaraq 296 milyon dollara yüksəlib" - DEPUTAT

Azərbaycan regional süni intellekt habına çevriləcək. xəbər verir ki, bunu Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib. Onun sözlərinə görə, bu ilin ilk rübündə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artara

5 iyun
.

Ağdaşdakı qəzada yaralanan ikinci qardaş da öldü

Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin ağaca çırpılması nəticəsində yaralanan 41 yaşlı Ramil Həsənov xəstəxanada ölüb. Qeyd edək ki, onun qardaşı 37 yaşl

4 iyun
.

"Marketinq sahəsində süni intellektin tətbiqi kampaniyaların effektivliyini artırır" - AÇIQLAMA

"Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda süni intellekt artıq sadəcə texnoloji trend deyil, biznes və marketinq strategiyalarının ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu texnologiya şirkətlərə daha dəqiq məlumat analizi aparmaq, müştəri davranışlarını proqnozlaşdırmaq və fərdiləşdirilmi

5 iyun
.

İşlədiyi istixanada cərəyan vurdu, vəziyyəti ağırdır

Salyan rayonunda istixanaların birində bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, iyunun 3-ü saat 13 radələrində Qəbələ rayon sakini 1975-ci il təvəllüdlü Şahnəzər Şahverən oğlu Hafizovu işlədiyi Qaraçala qəsəbəsinin ərazisindəki istixanada elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilmi

4 iyun
.

Avtoyuma məntəqəsində müştərinin 4 minlik boyunbağısını oğurladı

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhku

5 iyun
.

Bakıda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Bakıda tanınmış baş həkim vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Belə ki, tanınmış stomatoloji klinikalardan birinin baş həkimi kimi fəaliyyət göstərən Vaqif Səmədov vəfat edib

4 iyun
.

Gəmidə həlak olan azərbaycanlı AİLƏNİN TƏK OĞLU İMİŞ

İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri - 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyev Zaqatala rayonu, Aşağı Tala kənd sakinidir. -ın məlumatına görə, M.Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya - atasının yanına köçüb. O, həmin vaxtda

5 iyun