Süni uşaqlığa sahib robot BELƏ OLACAQ

Süni uşaqlığa sahib robot BELƏ OLACAQÇin şirkəti Kaiwa Technology süni uşaqlıqla təchiz edilmiş, insan dölünü mayalanmadan tam inkişafına qədər daşıya bilən bir robot hazırlayıb və onu bazara çıxarmağı vəd edib.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlki bütün bu tip layihələr stasionar inkubatorların versiyası idi. Şirkət öz robotunu artıq 2026-cı ildə 14 000$-dan baha olmayan qiymətə satışa çıxarmağı planlaşdırır. Lakin bunun üçün, aydındır ki, əvvəlcə ictimai müzakirələr və qanunverici aktlar tələb olunacaq. Keçmişdə heyvanların, hətta insanların belə, embriondan orqanların tam formalaşmasına qədər süni şəkildə böyüdülməsi məsələsi alimlər tərəfindən müxtəlif dərinlikdə araşdırılıb. Hər halda bizdə vaxtından əvvəl doğulan və zəif körpələrin yaşamasını təmin edən perinatal tibb mövcuddur. Bundan başqa, tibb tarixində, xüsusən də son illərdə, heyvan balalarının döl mərhələsində kifayət qədər uzun müddət inkişaf etdirilərək yaşadıldığı hallar da qeydə alınıb.

Çinlilər tərəfindən təklif olunan sisteminin əsası - amniotik maye ilə doldurulmuş süni uşaqlıqdır. Belə bir mühitdə embrionun mayalanmadan doğuma qədər böyüdülməsi nəzərdə tutulur: sistem qida maddələrinin süni göbək ciyəsi vasitəsilə ötürülməsini təmin edəcək, süni intellekt isə dölün inkişafına nəzarət edəcək və optimal biokimyəvi parametrlərin qorunmasına cavabdeh olacaq. Texnologiya artıq heyvan embrionları - siçanlar və quzular üzərində sınaqdan keçirilir. Kaiwa Technology şirkətinin texnologiyası xüsusi bir yanaşmadır. Onlar süni uşaqlığı insanabənzər robotun qarın hissəsinə bənzər bir konstruksiyaya yerləşdirməyi planlaşdırırlar. Bu halda, yəqin ki, "ilk növbədə, bu, gözəl görünür" demək daha uyğun olardı. Başqa izahı dərhal tapmaq çətindir. Bəs məqsəd o ola bilərmi ki, döl həmişə "ana" və "ata" ilə birlikdə olsun? Yoxsa inkubatoru ehtiyat enerji mənbəyinə malik qorunan bir məkanda saxlamaq daha təhlükəsiz olmazmı?

Sirr deyil ki, "surroqat robot-ana" ideyası kifayət qədər şübhəli görünür. Bununla belə, KİV məlumatlarına görə, şirkət bu təşəbbüslə bağlı ictimai müzakirələrin başlanması üçün artıq yerli hakimiyyət orqanlarına müraciət edib. İnkişaf üçün digər bir maneə isə qanunvericilik bazasıdır. Çində və digər əksər ölkələrdə insan embrionları üzərində qadın bədənindən kənarda aparılan təcrübələrə ciddi məhdudiyyətlər qoyulub. Qanuna görə, onları yalnız 2 həftəlik yaşa qədər inkişaf etdirmək mümkündür ki, bu da ana bədəni xaricində dölün daşınmasını və uşağın doğulmasını qeyri-mümkün edir. Mütəxəssislərin fikrincə, bu texnologiyanın insanlar üzərində sınaqları 2030-cu ildən tez başlaya bilməz, o vaxta qədər isə araşdırmalar laboratoriya səviyyəsində və peşəkar mühitdə müzakirələr çərçivəsində qalacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2264   Tarix: 18 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr