Boğaz ağrısına görə xəstəxanaya gedən qadın antibiotik müalicəsindən bir gün sonra öldü
İngiltərədə 29 yaşlı Maykl Reynolds boğaz ağrısı ilə xəstəxanaya müraciət etdikdən sonra dünyasını dəyişib.
Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Linkolnşir əyalətində yaşayan gənc, həkimlər tərəfindən tonzillit diaqnozu ilə müalicəyə başlayıb, ona oral antibiotiklər təyin olunub.
Lakin müalicənin ikinci günündə onun vəziyyəti qəfil pisləşib və huşunu itirib.
Reynoldsun ailəsi bildirir ki, müayinə zamanı o, boğazında sıxılma hissi və yeyib-içə bilməmə kimi şikayətlərini dilə gətirib, hətta tüpürcəyini udmaqda çətinlik çəkdiyini deyib. Buna baxmayaraq, həkimlər bu simptomları nəzərə almamış və ciddi tədbirlər görməyiblər.
Xəstə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sonradan aparılan ekspertiza onun nəfəs borusunu bağlayan şiş səbəbindən oksigensiz qaldığını və infarkt keçirdiyini təsdiqləyib. Ölüm səbəbi "yuxarı tənəffüs yollarının tıxanması və epiqlottit səbəbindən hipoksik ürək dayanması" kimi göstərilib.
Hadisə ilə bağlı məhkəmə araşdırması zamanı 2023-cü ildə həkimlərin səhlənkarlıq etdiyi və epiqlottitin əlamətlərini vaxtında tanımadıqları müəyyən edilib. Bu isə gəncin faciəvi ölümünə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1206 Tarix: 18 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabrAli Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib
10 sentyabrAtasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10 sentyabrDövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabrTəhsildə süni intellektdən istifadə şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA
Süni intellekt təhsil prosesində həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar yaradır. Azərbaycanda da süni intellekt əsaslı adaptiv öyrənmə sistemlərinin tətbiqi ilə şagirdlərə fərdiləşdirilmiş tədris imkanlarının yaradılması nəzərdə tutulur. Bəs, süni intellekt şagirdlərin və müəllimlərin tədri
10 sentyabrŞəkidə kanatdakı qəzanın səbəbi açıqlandı
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası"
10 sentyabr