"İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi Azərbaycanın gələcək inkişafının ayrılmaz tərkib hissəsidir" - DEPUTAT
"Müasir dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafı hər bir ölkənin iqtisadi qüdrətinin, sosial rifahının və beynəlxalq rəqabət imkanlarının əsas şərtlərindən biridir. Azərbaycanın bu sahədə atdığı addımlar, həyata keçirilən dövlət proqramları, rəqəmsal transformasiya strategiyaları ölkəmizin gələcəyinə xidmət edən mühüm hədəfləri özündə ehtiva edir".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, cənab prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsində dövlət idarəçiliyində rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi və süni intellekt əsaslı tətbiqlərin inkişafı qısa müddətdə real nəticələrini göstərməkdədir:
"Bu proses həm vətəndaşların həyatını asanlaşdırır, həm də dövlətin çevik və şəffaf idarəetməsini təmin edir. Xüsusilə, dövlət başçısının avqustun 8-də baş tutan Vaşinqton səfəri çərçivəsində ABŞ-ğla müdafiə, təhlükəsizlik, eyni zamanda süni intellekt sahəsində əməkdaşlığda yeni səhifənin açılması Azərbaycanın bu kontekstdə gücünü daha da artıracaq. Amerika Birləşmiş Ştatları heç şübhəsiz ki, sözügedən istiqamət üzrə dünya lideridir və onlara qurulan əməkdaşlıq ölkəmiz üçün yeni perspektivlər vəd edir. İnformasiya texnologiyalarının inkişafı iqtisadiyyat, elm, təhsil, səhiyyə, milli təhlükəsizlik və müdafiə sahələri üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması, startap ekosisteminin dəstəklənməsi və innovativ təşəbbüslərin reallaşdırılması Azərbaycanın rəqəmsal gələcəyini daha da möhkəmləndirəcək.
Hesab edirəm ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi Azərbaycanın gələcək inkişafının ayrılmaz tərkib hissəsidir. Bu sahəyə davamlı diqqət göstərilməsi, yeni layihələrin dəstəklənməsi və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi dövlətimizin qlobal rəqəmsal məkanda mövqelərini daha da gücləndirəcəkdir.
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi