"Dalga Beach"də işləmiş bir qrup işçi maaşlarını ala bilmirlər (VİDEO)
"Dalga Beach"də çalışan bir qrup işçi aylardır ki, maaşlarını ala bilmədiklərindən şikayətçidirlər. Onların bəziləri 3, bəziləri isə 4-5 aydır ki, maaşlarını ala bilmirlər.
Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər iddia edir ki, işlədikləri restoran 50-yə yaxın əməkdaşın əmək haqqını vermir və rəhbərlik müxtəlif vədlərlə onları gözlədir.
İşçilər iddia edirlər ki, bu müddət ərzində onlara əmək müqaviləsi olduğu deyilib, lakin işdən ayrıldıqdan sonra öyrəniblər ki, onlar əmək müqaviləsi olmadan qeyri-rəsmi şəkildə çalışıblar.
Şikayətçilərin sözlərinə görə, sozügedən restorsan fəaliyyət göstərmir. Rəhbərlikdən də xəbərləri yoxdur.
Məsələ ilə bağlı vətəndaşların şikayətçi olduğu Emin İbadovla əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı. Digər səlahiyyətli şəxslərə də ya zəng çatmadı, ya da zənglərimizə cavab verilmədi.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, əmək münasibətləri yalnız əmək müqaviləsi əsasında qurula bilər. Əmək müqaviləsi bağlanmadan işə cəlb edilən şəxslər gələcəkdə əmək, sosial və iqtisadi hüquqlarını itirmək riski ilə üzləşirlər. Əmək müqaviləsi bağlanılması həm işçinin, həm də işəgötürənin hüquqlarının qorunması üçün məcburi və zəruri şərtdir.
Vətəndaşların şikayətindən yola çıxaraq hüquqşünalarla da əlaqə saxladıq. Bildirdilər ki, əmək müqaviləsi bağlamadan işə cəlb edilən və əməkhaqları ödənilməyən şəxslərin işəgötürənə qarşı vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqları var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 953 Tarix: 20 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabr