"Gülünc ziddiyət: 16 yaşlı bir qız əxlaqsızlıq edə bilər, amma 17 yaşlı qız ailə qura bilməz" - AÇIQLAMA

"Gülünc ziddiyət: 16 yaşlı bir qız əxlaqsızlıq edə bilər, amma 17 yaşlı qız ailə qura bilməz" - AÇIQLAMA2024-cü ildə 16 yaşa qədər olan qadınlar tərəfindən doğulan uşaqların sayı 63 olub.

Bu, "Azərbaycan gəncləri" məcmuəsində qeyd edilib.

"Ötən il 16 yaşda olan qadınlar tərəfindən isə 218 doğum faktı qeydə alınıb", - məcmuədə bildirilir.

Azərbaycanda yeniyetmələr arasında erkən yaşda münasibətlərə meyillərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Mütəxəssislər bildirirlər ki, qanunvericilikdəki boşluqlar, ailələrdə tərbiyə mexanizmlərinin zəifləməsi və mediada aparılan yanlış təbliğatlar bu vəziyyətin əsas səbəblərindəndir. Sosioloq Elçin Bayramlının fikrincə, problemin qarşısını almaq üçün qanunların sərtləşdirilməsi, valideynlərin məsuliyyətinin artırılması və milli-mənəvi dəyərlərə əsaslanan tərbiyənin gücləndirilməsi vacibdir. O bu barədə Sonxeber.az -a danışıb:

Çox təəssüf ki, bu kimi halların sayı artmaqdadır və əksəriyyəti ümumiyyətlə qeydə alınmır, rəsmiləşdirilmir. Azyaşlıların iştirakı nəzərə alındıqda isə bu, olduqca dəhşətli mənzərədir. Qanunvericilikdə müəyyən boşluqlar mövcuddur. Belə ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşına çatmamış şəxslərin cinsi münasibətdə olması açıq şəkildə qanun pozuntusu hesab edilmir. Nəticədə paradoksal vəziyyət yaranır: 16 yaşlı bir qız əxlaqsızlıq edə bilər, amma 17 yaşlı qız ailə qura bilməz. Bu, həm gülünc, həm də faciəvi ziddiyyətdir.

"Bu vəziyyətin əsas səbəbləri arasında milli-mənəvi dəyərlərə əsaslanan tərbiyənin zəifləməsi, valideynlərin övladlarına yetərli nəzarət etməməsi, televiziya və internetdə aparılan zərərli təbliğatlar, saxta müasirlik anlayışlarının önə çəkilməsi durur. Nəticədə yeniyetmələr arasında belə hallar sürətlə yayılır.

Problemin qarşısını almaq üçün cəzaların sərtləşdirilməsi və qanunvericiliyin dəyişdirilməsi vacibdir. Əgər evlilik yaşı 18 olaraq müəyyənləşdirilibsə, onda 18 yaşa qədər şəxslərin cinsi münasibətdə olmasına da ciddi məsuliyyət tətbiq edilməlidir. Bu hallara göz yuman və övladlarının davranışına nəzarət etməyən valideynlər də məsuliyyət daşımalıdır. Əks halda, məsələ kütləvi xarakter alaraq genefondumuz üçün təhlükə yaradır və əxlaqsızlığın yayılmasına səbəb olur.

Son illərdə erkən evliliklərin sayı azalıb, lakin indi əsas problem erkən yaşda əxlaqsızlığa meyillərin çoxalmasıdır. Buna görə də məsələ ciddi diqqət tələb edir. Valideynlər övladlarının 18 yaşdan əvvəl evlənməsinə razılıq verməməli, ümumən isə belə hallara şərait yaratmamalıdır. Qanun pozuntusu varsa, cəza da kifayət qədər ağır olmalıdır ki, digərləri üçün dərs olsun".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4448   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr