Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı: "Kaş o da bu günləri görərdi"

Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı: "Kaş o da bu günləri görərdi""Torpaqlarımız işğaldan azad ediləndən sonra mən birinci dəfə Ağdama gələndə bircə məsciddən bildim ki, haradayam. Hər yer dağıdılıb, xarabalığa çevrilmişdi. Mənimlə gələn yoldaşlar evlərini tapa bilmirdilər. O qədər ağır hadisə idi ki, ifadə etmək mümkün deyil. Amma indi bu bina, Muğam Mərkəzi, tikilən binalar, bərpa-quruculuq işləri - hamısı həsrətimizə son qoyur. Torpaq indi əvvəlkindən də müqəddəsdir. Bu torpağa şəhidlərin qanı tökülüb, indi onların da ruhu şaddır. Onlar da bizimlə bərabər sevinirlər".

Oxu.Az-a açıqlamasında Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, bu gün çox sayda vətəndaşımız evlərinə qayıtmağın həsrətindədir:

"Biz çalışmalıyıq ki, bərpa və quruculuq işlərini daha sürətlə həyata keçirək. Dəmir yolu bu istiqamətdə bizə kömək edəcək. Çünki yükdaşımaları da bu vasitə ilə həyata keçiriləcək. İnanıram ki, qısa bir müddətdə bu dəmir yolu Xankəndiyə, mənim doğulduğum torpağa qədər uzanacaq".

"Kaş Şirin Mirzəyev də bu günləri görərdi. O, Daxili Qoşunlarda çalışırdı. İşini atıb döyüşlərə qatıldı, Ağdamda şəhid oldu. Çünki dözə bilmirdi, torpağa bağlı insan idi. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Ən əsası isə cənab Prezidentimiz sağ olsun ki, bizim üzümüzü ağartdı, başımızı uca elədi", - sabiq deputat fikrini tamamlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 678   Tarix: 30 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr