Bir zamanlar fast-fud sektorunda çalışan ULDUZLAR

Bir zamanlar fast-fud sektorunda çalışan ULDUZLARBu gün onlar milyonların kumiridir, amma gənclik illərində adi sürətli iaşə məkanlarında işləməyə məcbur olublar. Onların ilk işləri indiki dəbdəbəli həyatları ilə heç bir oxşarlıq daşımırdı.

Lent.az xarici mediaya istinadla vaxtilə yoluna fast-fud işçisi geyimində başlayan ulduzlardan bəhs edir.

Meqan Foks – reklam aksiyasında banan

Hələ məktəbliykən gələcəyin "Transformers" ulduzu Floridada yerləşən Tropical Smoothie Cafédə işləyirdi. Orada qız kostyumunu banan formasında geyinməli və müştərilərin diqqətini çəkmək üçün girişdə rəqs etməli olurdu. Foks danışırdı ki, dostları ona gülürdü, amma indi dünya şöhrəti qazandığı üçün artıq özü gülür.

Eva Mendes – dequstasiyalar və hot-doqlar

Aktrisa yeniyetmə ikən Glendale Galleria ticarət mərkəzində işləyib. O, Ciao restoranında nümunələr paylayır, həmçinin Hot Dog on a Stickdə əlavə pul qazanırdı. Orada limonu əllə sıxmaq, kassada dayanmaq və sosiskaları qızartmaq məcburiyyətində qalırdı.

Mendes etiraf edib ki, pizza hazırlamamaq üçün hətta həmkarını pul ilə ələ alıb. Nəticədə onu mətbəx səhvlərinə görə deyil, korporativ "Secret Santa" hədiyyəsində uğursuz seçiminə görə işdən çıxarıblar.

Bred Pitt – El Pollo Loco-nun toyuq maskotu

Gələcəyin Hollivud seks-simvolunun ilk işi... toyuq idi. Kinoda yolunu axtaran Bred Pitt El Pollo Loco fast-fud şəbəkəsində işləyib. Bu şəbəkə əvvəlcə Meksikada yaranıb, sonra ABŞ bazarına çıxıb. Los-Ancelesdəki açılışda Pitt Sunset və La Brea küçələrinin küncündə quş kostyumunda müştəri cəlb edirdi. Sonralar o, Ellen DeGeneres-ə müsahibəsində bu işdən utanmadığını etiraf edib, amma bəzən izdihamın onu hövsələdən çıxardığını da deyib.

Madonnа – Dunkin Donuts-da satıcı

80-ci illərin əvvəlində gələcəyin "pop musiqisinin kraliçası" Nyu-Yorkda Dunkin Donuts kafesində işləyib. Madonna orada cəmi bir həftə dayana bilib – işdən sıxılır, qəhvə aparatından əyləncə üçün istifadə edir və hətta bir dəfə müştərinin üstünə cem sıçradıb.
Nəticədə işdən çıxarılıb və tez başa düşüb ki, barista olmaq ona görə deyil.

Pink – "McDonald's"da iş

Gələcəyin dünya səhnələrinin ulduzu yoluna McDonald'sda başlayıb. Onun sözlərinə görə, ailəsi onu öz pulunu qazanmağa məcbur edirdi. Pink-in "öz qaydaları" vardı: bəzən dostlarına pulsuz kartof fri verirdi, pəncərədən siqaret çəkirdi və sifariş pəncərəsindəki qulaqlığı "Cennet Cekson mikrofonu" adlandıraraq özünü superulduz kimi hiss edirdi.

Sonradan o, Pizza Hut və Wendy'sdə də işləyib, amma orada bir günü belə davam gətirməyib. Pink etiraf edib ki, hələ də fast-fud mətbəxinə qayıtmaqla bağlı kabuslar görür.

Eva Lonqoriya – "Wendy’s"də burgerlər

"Çarəsiz ev qadınları" serialının aktrisası 15 yaşında sənədlərini saxtalaşdıraraq Wendy'sdə işə düzəlib. Orada o, "öz resepti" ilə çizburger hazırlamağı öyrənib: bulkada mayonez, sonra ketçup, xardal və xörəkotu. Lonqoriya bu təcrübəni hələ də həyat məktəbi kimi xatırlayır və siyasi tədbirlərdə belə misal çəkir.

"O vaxt Wendy'sdə işləyən Eva Lonqoriya vergi güzəştlərinə ehtiyac duyurdu. Amma indi kinoda çəkilən Eva Lonqoriyaya lazım deyil", – deyir o.

Qven Stefani – "Dairy Queen"də dondurma

Kaliforniyada gələcəyin No Doubt qrupunun solisti Dairy Queendə işləyib, orada dondurma və fast-fud təqdim edirdi.

Məhz orada o, sonradan qrup yoldaşı olacaq insanlarla tanış olub və 90-cı illərdə "Just a Girl" hiti ilə çartları fəth edib. Stefani etiraf edib ki, tez-tez desertlərə aludə olur və bir neçə kilo kökəlmişdi. Buna görə işdən ayrılmalı və vizajist kimi işləməyə başlamalı olub.

Ceff Bezos – "McDonald's"da kassir

Amazonun yaradıcısı və dünyanın ən varlı insanlarından biri də təvazökar başlanğıca sahib olub. Yeniyetmə ikən Bezos McDonald'sda işləyib. Onun sözlərinə görə, daha ilk həftədə sındıqdan sonra litrlərlə axan ketçup dispenserini təmizləmək məcburiyyətində qalıb.

"Mənə təmizləyici məhlul verdilər və dedilər: ‘İrəli!’", - o xatırlayır. Məhz orada onun intizamı və iş etikası formalaşıb ki, bu da sonradan Amazon imperiyasını qurmasına kömək edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 832   Tarix: 09 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

Tənhalıq ömrü 6 il qısaldırmış

Yeni araşdırmaya görə, tənhalıq və sosial təcrid insanın əsas xəstəliklərdən azad yaşadığı müddəti əhəmiyyətli dərəcədə qısalda bilər. Təsirin qadınlar və kişilər arasında fərqli olduğu müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, "sosial təcrid" insanın başqaları ilə məhdud təmasd

24 sentyabr
.

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

"Anthropic", "OpenAI", "Google DeepMind" şirkətləri və Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) əməkdaşları süni intellekt modellərin sürətli inkişafı səbəbindən güclü psixoloji təzyiq və stres yaşadıqlarını bildirirlər. FT-yə istinadən xəbə

23 sentyabr
.

Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi

MLS-in müntəzəm mövsüm oyununda "İnter Mayami" evdə "San-Dieqo" ilə 2-2 hesablı heç-heçə edib. -ın xəbərinə görə, ev sahiblərindən Lionel Messi və Luis Suares fərqləniblər. Qonaqlardan isə Anders Dreyer iki qol vurub. "İnter Mayami"nin kapitanı Lionel Messi birbaşa cərim

21 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

22 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır

"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir

22 sentyabr