Bakıdakı sevgilisini görmək üçün oğurluq etdi, pulu qoz-fındığa xərclədi
Saatlı rayon Gomuşçu kəndində Şamxal adlı şəxs Elxanın evindən televizor oğurlayıb. Həmin gün Elxan oğluna toy etdiyi üçün evdə olmayıb. Şamxal da bunu fürsət bilib.
Musavat.com xəbər verir ki, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 20 yaşlı Şamxal saxlanılıb.
Şamxal Bakıda olan sevgilisi ilə görüşmək istəyib. Buna görə ona pul lazım olub. Pul tapa bilməyən Şamxal oğurluq etmək qərarına gəlib. Qonşusu və qohumu olan Elxanın evindən götürdüyü televizoru 200 manata satıb. Lakin televizoru satdığı şəxs 150 manatı nağd verib və 50 manatı da bir neçə günə verəcəyini söyləyib.
150 manatı alandan sonra Bakıya üz tutuan Şamxal həmin pulu sevgilisi ilə birlikdə xərcləyib. Yemək yeyiblər, qoz-fındıq, şirniyyat və sərinləşdirici içkilər alıblar.
Törətdiyi əməl görə məsuliyyətə cəlb olunan Şamxal peşman olduğunu deyib. Zərərçəkmiş tərəflə barışıq əldə edilib və dəymiş zərər ödənilib.
Məhkəmənin hökmü ilə Şamxal barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 806 Tarix: 11 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabr