"Ən güclü kişi - qadınına "sən mənimsən" deməklə kifayətlənməməli bunu davranışlarında göstərməlidir" - AÇIQLAMA
"Azərbaycan qadınının psixologiyasında bir məqam diqqət çəkir: qadınlar onlara laqeyd və pis davranan kişiləri deyil, sahiblənmə hissi güclü olan, qısqanan kişiləri daha çox sevirlər. Çünki qadın üçün "mənimsən" deməyi bacaran, davranışları ilə bunu göstərən kişi güvən və dəyər hissi yaradır. Qadının yanında özünü güclü hiss etməsi, ona sahib çıxması qadının iç dünyasında böyük təsir buraxır" - bu sözləri Sonxeber.az -a açıqlama verən psixoloq Aytən Ələkbərova deyib:
"Əslində, hər güclü qadının arxasında zəif kişinin izləri olur. Çünki qadın çox vaxt məcbur qaldığı üçün güclü olur – zəif kişinin boşluqlarını doldurmaq, həyatını idarə etmək və özünü qorumaq üçün. Amma bu güclü qadınlar belə, daxildə həmişə güclü kişinin yanında olmaq istəyirlər. Onlar özlərini güclü göstərsələr də, güvəndikləri kişinin yanında zəif olmağa, qadınlıq hissini rahatca yaşamağa ehtiyac duyurlar. Çünki güclü kişinin xanımına nə cəmiyyət, nə də başqa bir kəs dil uzada bilir.
Burada vacib bir fərq var: qısqanclığın növləri
• Patoloji qısqanclıq – şəxsiyyət pozuntusu olan insanlarda görülür. Belə kişilər şübhələrinə əsir düşür, qadının həyatını idarə etməyə çalışır, hətta zorakılığa əl atırlar. Bu, sağlam münasibət deyil və çox zaman qadın üçün faciə ilə nəticələnə bilər.
• Sağlam qısqanclıq isə sevgi və sahiblenmə hissinin təbii göstəricisidir. Qadınını qorumaq, ona dəyər verdiyini davranışları ilə göstərmək qadının özünü dəyərli hiss etməsinə səbəb olur.
Cəmiyyətimizdə aparılan müşahidələr göstərir ki, gənc qadınların əksəriyyəti onları qısqanan, müəyyən qadağalar qoyan, "məni qoruyur" düşüncəsi yaradan kişilərə daha çox rəğbət göstərirlər.
Amma burada bir vacib həqiqət var: qorumaq və sahiblənmək qadına qarşı pis davranmaq demək deyil. Əksinə, qadına hörmətlə yanaşıb, eyni zamanda onun yanında dağ kimi dayanmaq ən böyük güc əlamətidir. Qadın yalnız sevildiyi, dəyər gördüyü və güvəndiyi kişinin yanında öz qadınlığını tam yaşaya bilir.
Ən güclü kişi - qadınına "sən mənimsən" deməklə kifayətlənməyən, həm də bunu sevgi, qayğı və hörmətlə davranışlarına yansıdan kişidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi