Lisenziyasız fəaliyyət göstərən stomatoloq 5000 manat cərimələndi
Səhiyyə Nazirliyi Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloq barədə protokol tərtib edib.
Modern.az-ın əldə etdiyi məlumata görə, stomatoloq 5 min manat cərimələnib.
Məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı stomatoloji kabinetdə fəaliyyət göstərən şəxsin lisenziya almadan özəl tibbi fəaliyyətlə məşğul olduğu aşkar edilib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib olunub və 5000 manat məbləğində cərimə tətbiq edilib.
Stomatoloq məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib. O, vergi uçotuna alındığını, dəfələrlə lisenziya almaq üçün müraciət etdiyini əsas gətirib. Həmçinin protokolun onun iştirakı olmadan tərtib olunduğunu və qaydalara əməl edilmədiyini bildirib.
Lakin məhkəmə iş materiallarını araşdıraraq, stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyib. Qərara əsasən, Səhiyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimə qanuni sayılıb və şikayət təmin edilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 984 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
31° isti... - Sabahın havası
Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq
10 sentyabrRitualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə
10 sentyabrBu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də
11 sentyabrMəzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMA
Azərbaycanda universitet məzunlarının əmək bazarına keçidi və ixtisaslarına uyğun iş tapması ilə bağlı vəziyyət müxtəlif ixtisaslar üzrə fərqlənir. Dövlətin "Məzunların məşğulluq reytinqi" platforması da məzunların məşğulluğu və əmək bazarında daha çox tələb olunan ixtisaslar barədə məlumatlılığı
10 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabrŞəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabr