Psixoloqların qiymətləri: Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Azərbaycanda psixoloji yardıma ehtiyac günü-gündən artır. Gənclər, yeniyetmələr, ailə həyatı uğurlu alınmayan qadınlar, uzun müddət depressiyada olan şəxslər mütləq şəkildə psixoterapiya üçün psixoloqlara müraciət edirlər. Lakin yüksək qiymətlər səbəbindən bu xidmət hər kəs üçün əlçatan deyil.
Bakıda adi psixoloqların seansı 30-50 manat arası dəyişsə də, populyar, efirlərə çıxan, sosial şəbəkələrdə özünü tanıdan mütəxəssislərin qəbuluna düşmək üçün "professor qiyməti" ödəmək lazımdır. Bu məbləğ bəzi hallarda 1 seansı 300 manata qədər yüksəlir.
Bizim.Media mövzu ilə bağlı araşdırma aparıb:
Ölkədə tanınmış psixoloqlardan biri olan Samirə Bağırova fərdi seans üçün 100 manat, cütlüklərlə aparılan seanslar üçün isə 150 manat təyin edib.
Gənc, lakin tanınmış psixoloqlardan Elmir Əkbərin seans qiymətləri bir qədər fərqlidir. O, pasiyentlərindən 40 dəqiqəlik qəbul üçün 80 manat, 1 saatlıq görüş üçün isə 100 manat alır.
Ən "şok" qiymətlərdən biri isə Tamilla Əliyevaya məxsusdur. Onun seansları 1- 1,5 saat davam edir və hər görüşün qiyməti 299 manatdır.
Digər tanınmış mütəxəssis Nizami Orucovun da qəbul qiyməti 300 manat təşkil edir. Bu isə ölkədə psixoloqlar arasında ən yüksək məbləğlərdən biri hesab olunur.
Məşhur psixoloq Narınc Rüstəmovanın əvvəlki illər seans qiyməti 1 saat üçün 100 manat olub. Amma, hazırda psixoloq qiymətlərini qəbul etdiyi pasiyentlərin psixoloji durumuna görə müəyyənləşdirir.
Onun həyat yoldaşı, tanınmış psixoloq Elnur Rüstəmovun isə seanslarının 1 saatı 80 – 100 manatadır.
Sadə vətəndaş üçün 30–50 manatlıq seanslar nisbətən əlçatan sayılsa da, tanınmış psixoloqların qiymətləri geniş kütlə üçün olduqca bahalı sayılır. Halbuki psixoloji dəstək hər kəsin ehtiyac duyduğu xidmətlər sırasındadır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1290 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabr