Azərbaycanda İİV və sifilis: Rəqəmlər nə göstərir?
Son vaxtlar sosial şəbəkədə QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) və sifilis xəstəlikləri ilə bağlı müzakirələr tez-tez nəzərə çarpır.
Oxu.Az xəbər verir ki, müzakirələrdə sözügedən xəstəliklərin sayında artımla bağlı yayılan məlumatlardan narahatlıq ifadə olunur.
Bəs görəsən, Azərbaycanda bu narahatlıqlara səbəb varmı? QİÇS və sifilis xəstəliklərinin statistikası bizə nə deyir?
Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumatda göstərilir ki, bu ilin yanvar-iyul aylarında ölkə üzrə sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin ümumi sayı 816 nəfər olub.
Onlardan 492 nəfəri kişi, 324 nəfəri isə qadındır. Sifilisə yoluxanlar 0-17 yaş qrupu üzrə 24 nəfər, 18 və daha yuxarı yaş həddində isə 792 nəfərdir.
Qeyd edək ki, 2023-cü ildə sifilisə yoluxanların ümumi sayı 886 nəfər, 2024-cü ildə isə 1 152 nəfər olub.
Azərbaycanda QİÇS-ə yoluxanların sayına gəlincə isə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda ilk dəfə İİV (insanın immun çatışmazlığı virusu) infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2025-ci ilin 1 sentyabr tarixinə kimi sözügedən mərkəzdə 11 144 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.
Onlardan 69.8%-i kişilər, 30.2%-i qadınlardır.
DSK-dan isə sorğumuza cavab olaraq bildirilib ki, QİÇS-ə 2023-cü ildə yoluxanların sayı 10 692 nəfər, 2024-cü ildə isə 11 844 nəfər olub.
Bu xəstəliklərin dinamikasında müşahidə olunan artımın yaratdığı narahatlığa gəlincə, Respublika QİÇS-lə Mübarizə Mərkəzindən bildirilib ki, ölkədə İİV-in yayılma və xəstələnmə göstəriciləri ilə bağlı epidemioloji təhlükə müşahidə olunmur:
"Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan yerdir. Buna səbəb isə ölkədə, əsasən, əhali arasında məqsədyönlü şəkildə icra olunan müxtəlif istiqamətli əks-epidemik və profilaktik tədbirlərdir.
İİV-in ötürülmə yollarından biri də anadan-uşağa olduğu üçün virusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) həyata keçirilir və son beş il ərzində qeydiyyata götürülən və ARV terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmayıb.
Anadan uşağa ötürülmənin profilaktikasına, həmçinin yenidoğulmuşların profilaktikası da daxildir. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə mərkəzin pediatrı tərəfindən yenidoğulmuşa 28 günlük profilaktika təyin olunur və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən təmin olunur", - deyə məlumatda bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi