Su niyə rejimlə verilir? - Sədr AÇIQLADI
"Hazırda Bakı və Abşeron yarımadasında əhalinin təxminən 80 faizi fasiləsiz, yəni 24 saat ərzində su ilə təmin olunur".
Milli.Az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Baku Water Week" çərçivəsində keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Abşeron yarımadasının bəzi yerlərində, eləcə də Bakının müəyyən rayonlarında su çatdırılmasında hələ də rejim tətbiq olunur:
"Suyun paylanması sistemində yenilənmə və yeni mənbələrin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Hal-hazırda duzsuzlaşdırma sahəsində də işlər aparılır. Bundan əlavə, suyun təkrar emalı və yenidən istifadə edilməsi ilə bağlı tədbirlər planlaşdırılıb. Bu işlər başa çatdıqdan sonra suyun həcmi artacaq və şəbəkənin genişlənməsi ilə əhali su təminatında daha rahatlıq yaşayacaq. Lakin 24 saat suyun verilməsi israfçılıq demək deyil və suyu qənaətlə istifadə etmək vacibdir," - Zaur Mikayılov vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 736 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14 oktyabrYəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14 oktyabr"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
13 oktyabrİran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili
14 oktyabr