Erkən nikahlar gələcəkdə hansı faciələrə səbəb olur? - Ekspertlərdən AÇIQLAMA

Erkən nikahlar gələcəkdə hansı faciələrə səbəb olur? - Ekspertlərdən AÇIQLAMASon illər ölkəmizdə erkən nikaha cəlb edilən qızların sayı artıb.

Bir neçə gün öncə Zərdabda aidiyyəti qurumlar tərəfindən erkən evliliyin qarşısının alınması və ən əsası hələ də nikah yaşının 18 olmasından xəbərsiz insanların olması təəssüf doğurur. Lakin ziddiyyət yaradan məsələ də var. Cinayət Məcəlləsinin "Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər" barədə fəslində 16 yaşına çatmayanlara qarşı seksual xarakterli hərəkətlərə görə qanunla məsuliyyət hüququ yaranır.

O zaman belə çıxır ki, 18 yaşdan kiçik şəxslər rəsmi nikaha daxil ola bilməsələr də, 16 yaşı tamam olduqdan sonra əgər zorakılıq yoxdursa, cinsi münasibətə daxil ola bilərlər. Millət vəkili Müşfiq Cəfərov erkən yaşda cinsi münasibətlərin yaranmasının ailə institutunun dağılmasına gətirib çıxara biləcəyi qənaətindədir: "Hesab edirəm ki, nikah yaşından əvvəl birlikdə yaşamaq nə psixoloji, nə də sosial baxımdan doğru deyil. Bu həm gənclərin şəxsi inkişafına, həm də sağlam ailə institutuna mənfi təsir göstərə bilər".

Statistika göstərir ki, yetkinlik yaşına çatmamış abort etdirənlərin sayı ilbəil artır. 15-17 yaş qrupunda olan qadınlar arasında təkcə 2024-cü ildə 72, 2023 ildə isə 68 abort halı qeydə alınıb. 16 yaşda ana olanların sayı isə 218-dir. Ekspertlər bu vəziyyətin bir çox hallarda hüquqi boşluqdan qaynaqlandığını qeyd edirlər. Bildirilir ki, 16 yaşdan 18 yaşa qədər şəxsin öz istəyi ilə cinsi əlaqədə olması hüquqi məsuliyyət yaratmır. Bu da ciddi şəkildə bugünkü tablonu ortaya çıxarır. Yetkinlik yaşına çatmayan 16 yaşdan yuxarı şəxsə ailəsinin məcburiyyəti olmadan hansısa formada cinsi münasibət halı baş verirsə, ortada hüquqi problem olmur. Yəni hüquq burada cəzalandırmır. Amma digər tərəfdən azyaşlı bir uşaq ana olur. Bu da hüquqdakı əsas boşluqlardan biri hesab olunur.(oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 531   Tarix: 14 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr