Gələn ay quru sərhədlər açıla bilərmi?
Məlum olduğu Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 oktyabr saat 06:00-dək uzadılıb. Yəni təxminən 2 həftə sonra karantin rejimi bitir. Bəs yenidən xüsusi karantin rejiminin müddətinin uzadılması gözlənilirmi? Və yaxud həmin tarixdən sonra quru sərhədlər açıla bilərmi?
Onu da xatırladaq ki, 2020-ci ildən tətbiq edilən karantin rejimi çərçivəsində quru sərhədlər bağlanıb. Rəsmilər quru sərhədlərinin bağlı qalmasını təhlükəsizlik məsələləri ilə əlaqələndirir.
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb:
"Xüsusi karantin rejiminin qalması və sərhəd keçid məntəqələrinin bağlı olması Azərbaycanın beynəlxalq imicinə həddindən artıq mənfi təsir göstərir. Çünki Azərbaycan doğrudan da dünyada ən təhlükəsiz ölkələrdən biridir. Sərhəd keçid məntəqələrinin bağlı olması və karantin rejiminin uzadılması ölkə üçün kifayət qədər ciddi problemlər yaradır, xüsusilə turizmin inkişafına mənfi təsir göstərir.
Çünki Azərbaycanın ən prioritet sahələrindən biri turizmdir. Ölkəmizin çox böyük potensialı var. Xüsusilə ərazi bütövlüyümüzün bərpa olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurun böyük turizm potensialının reallaşdırılmasına indidən çalışmalıyıq. Bu baxımdan sərhəd keçid məntəqələrinin bağlı olması və karantin rejiminin uzadılması inandırıcı deyil.
Artıq dünyada belə bir ölkə yoxdur ki, pandemiyaya görə karantin rejimini uzatsın. Həm də bu, ölkənin imicinə xələl gətirir.
Ona görə ümid edirəm ki, bu məsələ artıq sonlandırılacaq və nəhayət Azərbaycanda heç kimin ciddi qəbul etmədiyi pandemiya ilə bağlı karantin rejimi ləğv ediləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6872 Tarix: 14 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dərman qəbulunda ən böyük SƏHV - SƏBƏBİ heç ağlınıza gəlməyəcək
Dəmir preparatlarından istifadə edən, lakin dəmir ehtiyatları uzun müddət bərpa olunmayan insanların sayı az deyil. Poliklinikalarda rast gəlinən hallardan biri də aylarla dəmir qəbul etməsinə baxmayaraq, ferritin göstəricisinin hələ də aşağı qalmasıdır. "Yeni Sabah" xəbər verir ki, bu barəd
6 sentyabrBu ərazilərdə işıq olmayacaq
Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
7 sentyabrBəzi yerlərə leysan yağır, güclü külək əsir
Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin sentyabrın 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 10:00-a olan məlumatında qeyd edilib. Düşə
7 sentyabrBəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA
Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərdə şimal-qər
7 sentyabrBaşqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik
"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy
7 sentyabrAzərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Avqustd
5 sentyabr