Reabilitasiya, yoxsa şou? - Belə qurtuluş olmur!
Son vaxtlar sosial şəbəkələrdə əsasən narkomaniya və qumar asılılığından əziyyət çəkən insanların videolarını açıq şəkildə paylaşan özəl reabilitasiya mərkəzlərinin sayı artır. Xüsusilə tanınmış şəxslərin müalicəsi "həyatları dəyişir", "qurtuluşa doğru" kimi pafoslu başlıqlarla təqdim edilir. Bu görüntülər isə nə onların yaxınları, nə də ictimaiyyət tərəfindən birmənalı qarşılanır.
Əvvəlcə onu deyək ki, reabilitasiya mərkəzlərinin çoxalması müsbət haldır. Əgər hansısa asılılıqdan əziyyət çəkən şəxsin yenidən cəmiyyətə qaytarılması üçün çalışırsınızsa, bu, xüsusilə təqdirəlayiqdir. Bu gün keyfiyyətli reabilitasiya nəticəsində yenidən cəmiyyətə qayıdanlar da kifayət qədərdir. Bu həm ailələr, həm də sosial mühitə təsir edir.
Təəssüf ki, sayları artdıqca xəstələrdən sadəcə istifadə edərək özlərini "ən yaxşı" kimi təqdim etmək istəyən müəssisələr də peyda olur.
Bəs müalicə adı ilə bir vaxtlar tanınmış olan jurnalistlər - Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun ən həssas anlarını reklam vasitəsinə çevirmək normaldırmı? Vallah belə qurtuluş olmur...
Bəli, reklam da lazımdır. Amma hansısa xəstənin üzərindən xal yığmaqla yox! Bu, nəinki etikaya sığmır, şəxsi məlumatların qorunması baxımından da yolverilməzdir. Əgər insanlar xəstəliklə mübarizə aparırlarsa, onların pis vəziyyətini hər kəsə göstərmək, əksinə, sağalma proseslərinə və cəmiyyətə qayıdışlarına mane ola bilər. Tutaq ki, narkomaniyadan əziyyət çəkən birinin düşdüyü vəziyyəti yalnız ətrafındakılar bilirdisə, indi onu çəkib milyonlarla insanın qarşısında nümayiş etdirirlər.
Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi nədir?
Asılılıqdan qurtulmaq istəyən insanlara tibbi və psixoloji yardım göstərmək, onları travmadan və pis mühitdən uzaqlaşdırmaq və yenidən cəmiyyətə qaytarmaq. Oradakı xəstələrin ehtiyacı olan reklam deyil, məhz bunlardır.
"13-cü addım" lazım deyil…
Maraqlıdır ki, özəl reabilitasiya mərkəzlərinin çoxunu yaradanların özləri də bir vaxtlar müxtəlif asılılıqlardan əziyyət çəkiblər. O zaman belə bir sual yaranır: Həmin vəziyyətinizlə "TikTok"da, instaqramda reklam predmeti olmağa razılıq verərdinizmi? Özünüzü onların yerinə qoyun demirik, sadəcə xatırlayın deyirik.
Biz səhərdən-axşamadək özünü "ən yaxşı" kimi təqdim edən bəzi reabilitasiya mərkəzlərində xəstələrə necə işgəncələr verildiyini də görmüşük. Eyni zamanda, Novxanıda, yaxud Mərdəkanda tanınmayan bir mərkəzdə insanların sakitcə müalicə alaraq cəmiyyətə uyğunlaşmasının da şahidi olmuşuq. Odur ki, hansısa xəstənin populyarlığından istifadə edib reklam toplamaqdansa, öz işinizə daha çox vaxt ayırsanız, həm xəstələr, həm də cəmiyyət üçün daha faydalı olar.
Görünən odur ki, hazırkı vəziyyət reabilitasiya mərkəzlərinə daha ciddi nəzarət tələb edir. Bu sahə üçün etik normalar və reklam qaydaları dəqiq müəyyənləşdirilməli, xəstələrin məxfiliyi tam qorunmalıdır. Əks halda, həm xəstələr, həm də onların yaxınları reabilitasiya mərkəzlərindən üz döndərə bilərlər. /Qafqazinfo

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1183 Tarix: 15 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr