19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?

19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?Nərimanov Tibb Mərkəzində yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanması planlaşdırılsa da, bu baş tutmayıb.

Qaynarinfo xəbər verir ki, artıq 2025-ci il sona çatır. Nərimanov Tibb Mərkəzində isə işlər hələ də davam edir. Müşahidələr göstərir ki, yenidənqurma işləri cari ildə də tamalanmaya bilər.

Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərini "Var Construction" MMC həyata keçirir. Şirkət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2023-cü ildə bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında 19 128 385,74 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Var Construction" MMC 6 yanvar 2005-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan "Var Construction" MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.

"Var Construction" MMC-nin qanuni təmsilçisi Rafət Orucov haqqında da heç bir məlumat yoxdur. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Kərimov Alim Möhsün oğlu olub. Onun haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?"Var Construction" MMC haqqında başqa bir fakt isə ondan ibarətdir ki, şirkət 2020-ci ilədək "Turqay" MMC adı altında fəaliyyət göstərib. MMC bu ad altında 2019-cu ildə 3 saylı şəhər Klinik Xəsətəxanasının kotyirovka sorğusunun, 2018-ci ildə isə Səhiyyə Nazirliyinin Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tenderinin qalibi seçilib. İki satınalma müsabiqəsi üzrə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 11 943 163,53 manat olub.

"Var Construction" MMC kimi haqqında heç bir məlumat olmayan, ad dəyişən şirkətlərdən tender əməliyyatlarında istifadə edilir və bu tip şirkətlərin həyata keçirdiyi layihələrdə problemlər yaranıb. Nərimanov Tibb Mərkəzi ilə bağlı da oxşar hal yarana bilər.

Bəzi iddialara görə isə xəsətəxananın yenidən qurulması işlərinin yubanması vəsait çatışmazlığı ilə əlaqədardır. Lakin bu iddia inandırıcı görünmür. 19 milyon manat bir xəstəxananın yenidən qurulması üçün o qədər də az vəsait deyil.

Yeri gəlmişkən, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərinin yubanması faktı havadan götürülməyib. Yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanacağı barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bununla bağlı rəsmi açıqlaması var.

Bəs, o zaman Nərmanov Tibb Mərkəzinin yenidən qurulması işlərin yubanmasının səbəbi nədir?

Qaynarinfo bu sualla İcbari Tibbi üzrə Dövlət Agentliyinə müraciət edib. Qurumdan verilən cavabı olduğu təqdim edirik:

19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?"Bildiririk ki, Nərimanov Tibb Mərkəzi publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Şəhər Kliniki Xəstəxananın xəstəxana binası, korpusları və köməkçi binalarının yenidənqurulması (avadanlıq daxil) işlərinin satın alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən açıq tender proseduru keçirilib. Tenderin qalibi "VAR Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Agentlik arasında 21 avqust 2023-cü il tarixində 19 128 385,72 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb. Yenidənqurma işlərinə başlamazdan əvvəl, mövcud binanın layihə-smeta sənədləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, həmçinin ekoloji, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq lisenziyası olan podratçı şirkət tərəfindən işlənib hazırlanıb. Həmçinin layihə-smeta sənədləri ayrılmış vəsaitdən səmərəli istifadənin qiymətləndirilməsi məqsədilə "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"na uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Ekspertiza Rəyi əldə edib.

Hazırda mövcud texniki şərtlərin tələbinə uyğun olaraq tikinti-quraşdırma işlərinin görülməsi istiqamətində müvafiq işlər aparılır. Sahənin geniş olduğunu nəzərə alaraq tikinti-quraşdırma işlərinin 2025-ci ilin sonuna başa çatması planlaşdırılıb. İşlər başa çatdıqdan sonra xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə veriləcək".

Göründüyü kimi açıqlamada yenidənqurma işlərinin deyilən vaxtda başa çatdırılmasının səbəbləri barədə heç bir qeyd yoxdur.

Nərimanov Tibb Mərkəzi 5 nömrəli Şəhər Klinik Xəsətəxanasının hüquqi varisi kimi yaradılıb. Mərkəz TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Bu arada onu da qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2252   Tarix: 15 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr