"Əmanətə Sədaqət" layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib!
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya" ASC-nin birgə təşkilatçılığı ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladları ilə "Dreamland Baku’’da görüş keçirilib.
Görüş zamanı öncə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya"nın nümayəndələri 30-dan çox şəhid övladı ilə səhər yeməyi süfrəsi ətrafında bir araya gəliblər.
Birliyin sədri Sevinc Alızadə və "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş yeni tələbə adını qazanan şəhid övladlarını təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. Təhsil müddəti boyunca hər zaman onları dəstəkləyəcəklərini və yeni uğurlar qazanmaq üçün onların yanlarında olacaqlarını bildiriblər.
Günün davamında iştirakçılar "Dreamland Baku’’da qolf oyunu oynayaraq əyləncəli vaxt keçiriblər.
Görüşün sonunda tələbə şəhid övladlarına hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya"nın birgə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları təqaüdlə təmin olunur. İndiyədək 148 şəhid əmanətini əhatə edən bu sosial layihəyə bu il 35 yeni iştirakçı qoşulub. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.












Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 487 Tarix: 16 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMA
Azərbaycanda universitet məzunlarının əmək bazarına keçidi və ixtisaslarına uyğun iş tapması ilə bağlı vəziyyət müxtəlif ixtisaslar üzrə fərqlənir. Dövlətin "Məzunların məşğulluq reytinqi" platforması da məzunların məşğulluğu və əmək bazarında daha çox tələb olunan ixtisaslar barədə məlumatlılığı
10 sentyabr500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomati
10 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib
10 sentyabrİstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislə
10 sentyabrXankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11 sentyabrDövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabrAli Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib
10 sentyabr