Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib
16–21 sentyabr 2025-ci il tarixlərində Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Veysəloğlu Distribusiya beynəlxalq təcrübə mübadiləsinə verdiyi önəmi bir daha nümayiş etdirərək, Çinin paytaxtı Pekində keçirilən SPAR Supply Chain Conference-da iştirak edib.
Tədbirdə 36 ölkədən 144 nümayəndə bir araya gələrək tədarük zəncirinin idarə olunması, anbar və nəqliyyat əməliyyatlarının optimallaşdırılması, inventar idarəçiliyində süni intellekt əsaslı texnologiyalar, robotlaşdırma və "green logistics" sahəsində müasir həllər barədə müzakirələr aparıb.
Konfransda Veysəloğlu Distribusiya Tədarük Zənciri Direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli "Tədarük Zəncirində Təkamül" mövzusunda təqdimatla çıxış edib. Məruzə beynəlxalq iştirakçılar və SPAR International rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Nümayəndə heyətinə Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı, "HiPo" layihəsinin iştirakçıları – Tədarük Zənciri Dizaynı və Təhlili üzrə ekspert Cavanşir Abbasov və təchizat üzrə aparıcı mütəxəssis Könül Əhmədova daxil olub. Onlar həmçinin SPAR Hebei Jiajiayue və dünya nəhəngi Jingdong (JDL)-in tam avtomatlaşdırılmış logistik mərkəzlərini ziyarət edərək ən son innovativ həllərlə tanış olublar.
"Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi (HiPo)"nın iştirakçılarının konfransda iştirakı onların qlobal təcrübəni yaxından öyrənməsinə, yenilikləri izləməsinə və beynəlxalq şəbəkələşmə imkanları qazanmasına şərait yaradıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 695 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr