Azərbaycan hakerlərin hədəfində (XƏBƏRDARLIQ)

Azərbaycan hakerlərin hədəfində (XƏBƏRDARLIQ)Son günlər beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlarda "Red Wolf" adlı haker-aktivist qruplaşmanın müxtəlif ölkələrlə yanaşı, Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır.

Sonxeber.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhülkəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.

Bildirilib ki, kibertəhlükəsizlik portalı – "TechOwlShield"in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərdiyi bildirilib.

"Red Wolf Cyber Team" – siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır.

"TechOwlShield" bəzi mənbələri və göstəriciləri paylaşaraq qrupun müxtəlif NATO üzvlərinə və digər ölkələrə yönələn aksiyalarından nümunələr gətirib.

Hədəf ölkələr kimi aşağıdakılar göstərilib:

- Azərbaycan

- Fransa

- İsrail

- İordaniya

- Portuqaliya

- Kamboca

- Bolqarıstan

- Oman

- Hindistan

- Yunanıstan

- Avropa İttifaqının rəqəmsal sistemləri

- Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

Qrup əsasən "DDoS" tipli kiberhücumlar həyata keçirməklə dövlət qurumlarının, maliyyə təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir.

Kiberqruplaşmanın 6 avqust 2025-ci ildə Rusiyanın haktivist qruplaşması olan "NoName057(16)" ilə ittifaq elan etdikdən bir neçə saat sonra "Red Wolf" Almaniyanın Müdafiə Nazirliyini hədəf alan kiberhücum kampaniyası başladıb və "Operation Germany" adlandırdıqları əməliyyat çərçivəsində nazirliyin veb-saytına qarşı həyata keçirilmiş "DDoS" hücumun uğurlu olmasını (informasiya resursunun əlçatanlığının pozulmasını) təsdiqləyən "CheckHost" hesabatını paylaşıb.

Kiberqruplaşma həmçinin Almaniyanın iş dünyasında qadınlar və kişilər arasında bərabər imkanların təmin edilməsi, qadınların rəhbər mövqelərdə təmsil olunmaları, həmçinin müxtəliflik ("diversity") siyasətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən "chefinnensache.de" veb saytını da xidmətdən kənar buraxmağa müvəffəq olub. Hər iki hücumda "Red Wolf" tənqidedici heştəqlər və Almaniya, Fransa, İsrail və ABŞ də daxil olmaqla, bir neçə ölkəyə qarşı sərt siyasi mesajlar paylaşıb. Qrupun aqressiv ritorikası və təhdidlərini sürətlə həyata keçirməsi Avropanın kibertəhlükəsizlik ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Hücumların hədəfində Azərbaycanın da olduğunu nəzərə alaraq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarından aşağıdakı məqamlara diqqət yetirmələrini xahiş edir:

Şəbəkə və sistem monitorinqinin gücləndirilməsi;

- Şübhəli fəaliyyətlərə dair logların vaxtında yoxlanılması;

- Əlavə yüklənmələrin, əlaqə kəsintilərinin və digər kənar halların diqqətlə izlənməsi;

- DDoS mitigation xidmətlərindən və müxtəlif təhlükəsizlik həllərindən istifadəedilmə.

Şübhəli vəziyyət müşahidə olunduqda XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə məlumat verilməsi tövsiyə olunur (+994124353062).


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 772   Tarix: 03 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr