"Bəzi televiziya proqramlarında reytinq və maraq yaratmaq məqsədilə etik sərhədlər aşılır" - AÇIQLAMA
Televiziya cəmiyyətin düşüncə və davranışlarına təsir edən ən güclü vasitələrdən biridir. Xüsusilə sosial problemlərin işıqlandırılmasında etik prinsiplərin gözlənilməsi böyük əhəmiyyət daşıyır. Çünki efirdə səslənən hər bir fikir, göstərilən hər bir kadr tamaşaçıya birbaşa təsir edir və bəzən illərlə yaddaşlarda qalır.
Bəs görəsən televiziyada sosial problemlərin təqdimatında etik qaydaların qorunması nə qədər önəmlidir və praktikada buna nə dərəcə əməl olunur?
Media eksperti Azər Həsrət bu barədə Sonxeber.az -a açıqlama verib:
"Etik qaydalar istər gündəlik həyatımızda, istərsə də mediada hər zaman qorunmalıdır. Reklamdan tutmuş sosial problemlərin təqdimatına qədər bütün sahələrdə etik normalara riayət etmək vacibdir. Lakin söz televiziyaya gəldikdə məsuliyyət daha da artır. Çünki adi bir mühitdə baş verən etik pozuntu yalnız məhdud bir qrupa təsir göstərirsə, televiziya ekranında eyni hal minlərlə, hətta milyonlarla insana təsir edə bilir.
Bu cür halların nəticəsi isə birbaşa cəmiyyətin formalaşmasına, əxlaq və ədəb anlayışına mənfi təsir edir. Təəssüf ki, hazırda sosial problemlərə həsr olunmuş bəzi televiziya proqramlarında reytinq və maraq yaratmaq məqsədilə etik sərhədlər aşıla bilir. Sensasiya naminə yaradılan bu gərəksiz həyəcan tədricən normaya çevrilir. Bu da xüsusilə uşaqlar üçün təhlükəlidir. Çünki onlar gördüklərini nümunə kimi qəbul edir, ekran qarşısında izlədiklərini həyatın adi və qəbulolunan davranış qaydası hesab edirlər.
Nəticədə, əslində cəmiyyət üçün doğru sayılmayan davranışlar normallaşır və gələcək nəsillərin dəyərlərinə zərər vurur. Bu səbəbdən televiziyada sosial problemlərin təqdimatını hazırlayanlar daha məsuliyyətli davranmalı, öz sözlərinə və hərəkətlərinə ciddi şəkildə diqqət etməlidirlər. Media yalnız məlumatlandırmamalı, eyni zamanda cəmiyyətin sağlam mənəvi mühitinin qorunmasına xidmət etməlidir"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1095 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr