"Valideyn komitələrinin istiqaməti və məqsədi tamam fərqli olmalıdır" - AÇIQLAMA

"Valideyn komitələrinin istiqaməti və məqsədi tamam fərqli olmalıdır" - AÇIQLAMASon illər məktəblərdə valideyn komitələrinin fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi valideynlər bu komitələrin təhsil prosesinə müsbət təsir etdiyini düşünür, digərləri isə əksinə, onların funksiyalarının qeyri-müəyyən olduğunu bildirir. Bəs, məktəblərdə valideyn komitələrinin fəaliyyəti nədən ibarətdir və onların əsas funksiyaları hansılardır?

Mövzu ilə bağlı Sonxeber.az-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nurizadə danışıb.

"Valideyn komitələrinin istiqaməti və məqsədi tamam fərqli olmalıdır" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, hər il, xüsusən də 5 oktyabr, 8 mart kimi önəmli tarixlər gələndə, eləcə də digər bayramlar yaşananda valideyn komitələrinin uyğunsuz fəaliyyəti, onların formallığı və məktəblərdə hətta ifrat qanunsuzluqlara yol verilməsi müzakirə obyektinə çevrilir:

"Birincisi, valideyn komitələri məktəblərdə o qədər də geniş yayılmayıb. Belə düşünürəm ki, əgər 4532 məktəbimiz varsa, onların heç 3/1-də valideyn komitələri yoxdur. Nəinki 3/1-də, 5/1-də də yoxdur. Onunla belə, 5/1 də böyük rəqəmdir.

Biz artıq valideyn komitələri ilə bağlı danışmaq yox, onunla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən veriləcək rəsmi bir qərarı müzakirə etməliyik. Artıq bunun vaxtıdır. Valideyn komitələri yenidən qurulmalıdır. Onlar məktəbin pedaqoji şurası ilə ortaq işləməli və yalnız təhsili bilən (təhsil prosesinə az da olsa aidiyyəti olan) valideynlərdən təşkil olunmalıdır.

Əks halda, hər hansısa bir valideyn özünü qabağa verərək, WhatsApp qrupunda olduğu kimi komitə işində də özünü hegemon kimi göstərərək, ancaq pul yığmaq və "pul verməyən valideynə nə oldu?", "pulu niyə gecikdirirsən?" kimi kinayəli suallar verərsə, belə şəxsdən valideyn komitəsi ola bilməz.

Valideyn komitələrinin istiqaməti və məqsədi tamam fərqli olmalıdır. Bununla bağlı dünya təcrübəsindən faydalanmaq lazımdır. Valideynlərin birliyindən yaranan kiçik qrup yalnız həmin sinifdə tədrisi necə daha keyfiyyətli etmək olar sualı ətrafında düşünməlidir.

Bununla bağlı məktəb rəhbərliyinə, sinif rəhbərinə təkliflər verməli və onların necə icra edilməsinə nəzarət etməlidirlər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1294   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr