Ölüm hadisəsi Gilan Kərpic Zavodunda baş verib
Qaradağda kərpic zavodunda baş verən ölüm hadisəsi ilə bəzi təfərrüatlar məlum olub.
Qaynarinfo xatırladır ki, bir neçə gün əvvəl Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kəpric zavodunda təmir işləri aparan Əfqan Babayev adlı şəxsin dam örtüyündən yıxılaraq öldüyü barədə məlumat yayılıb. Mediada dərc olunan xəbərlərdə zavodun adı qeyd edilməyib.
Apardığımız araşdırma nəticəsində məlum olub ki, olay Gilan Kərpic Zavodunda baş verib. Bu iddianı əməkdaşımıza zavoddan da təsdiqləyiblər.
Gilan Kərpic Zavodu 2016-cı ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manatdır. Zavodun rəhbəri İbrahimov Rəhman Faiq oğludur.
Zavod əvvəllər Qaradağ Kərpic Zavodu adı ilə fəaliyyət göstərib.
Zavodun rəhbəri Rəhman İbrahimova gəlincə, onun adı, soyadı və atasının adı 2016-cı ildə avtoxuliqanlıqla gündəmə gələn və mediada "Zadnıy Rəhman" kimi təqdim edilən İbrahimov Rəhman Faiq oğlunun adı, soyadı və atasının adı ilə üst-üstə düşür.
Bəzi məlumatlara görə, zavodun rəhbəri ilə avtoxuliqanlıqla gündəmə gələn "Zadnıy Rəhman" eyni şəxsdir. Lakin bunu zavoddan dəqiqləşdirmək mümkün olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 905 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr