"Cabir İmanovun inancını müzakirə etmək tərbiyəsizlikdir"
Tanınmış aktyor Cabir İmanovun cənazəsindən yayılan görüntülərdən sonra sosial şəbəkələrdə onun vəhhabi qanadına yaxınlığı ilə bağlı iddialar yayılıb.
"Qafqazinfo" xəbər verir ki, millət vəkili Fazil Mustafa yayılan iddialara "Müsavat TV"nin efirində münasibət bildirib:
"Adamın inanc məsələsinə gəlincə, bu, tərbiyəsizliyin bir növüdür. Adam özü elan etmir ki, özüm hansı inancdayam. Hindistanda biri siçana, biri inəyə inanır. Bir azərbaycanlının baxış bucağına görə, bir siçana, inəyə inanmaq qəbul olunmur. Amma Hindistana gedərək, insanları yığsan və desən ki, "sən niyə inəyə inanırsan, tək Allah var", bu sözlərinə görə səni linç edərlər.
Biz nə zaman inanca qarışa bilirik? Bu inanc cəmiyyətin ictimai asayiş qaydasını pozursa, cəmiyyətdə zorakılığı, təhdidi artırarsa, terrorizmə sövq edərsə. Ümumi şəkildə bütün inancların içində terrora meyilli, dini qaydaların sərt şəkildə tətbiq olunmasını arzulayan insanlar var. Bu insanlar cəmiyyət üçün təhlükə yaradır.
Təhlükə yaradanda hüquq-mühafizə orqanları konkret addımlar atır. Bu olsun 5 faizi. Amma 95 faiz normal həyatını yaşayır. İbadəti ilə qonşusuna, cəmiyyətinə mane olmur. Bunu sən ibadətinə görə necə yarlıq asa bilərsən? Özü də elan etməyibsə, bunu müzakirəyə çıxarmağa haqqın yoxdur. Bu, tərbiyəsizlikdir. Yüzlərlə insan "bomj" da ola bilər, alkoqolik də. Amma mənim həyatıma təhlükə yaratmadığı müddətcə mən onu təhlükə hesab edə bilmərəm".
F.Mustafa bildirib ki, cənazə namazını kimin qılmasının məsələyə heç bir aidiyyəti yoxdur:
"Niyə bunu ictimai müzakirəyə çıxarırlar axı? Bu, informasiya deyil. Bu, bilavasitə adam haqqında rəy yaratmaq, onun barəsində xortdan obrazı yaratmaqdır. İndi baxın, vəhhabinin də terrorçusu var, normal ibadət edəni də. Şiənin də arasında həm terrorçu, həm də normal ibadət edən var. Amma normal, mülayim, öz həyatını yaşayan yüz minlərlə dindar insanlar var. İslamda məzhəb və təriqət anlayışına qarşıyam. İslamda bir ad var: müsəlman".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1496 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr