63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nun sahibi kimdir?

63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nun sahibi kimdir?Dövlət satınalmalarında fəal iştirak edən bəzi şirkətlər var ki, müxtəlif satınalma predmetləri üzrə qalib elan edilir. Tutaq ki, bir quruma geyim sifarişi alan şirkət başqa bir qurum üçün təmir işləri görür, yaxud hansısa yerli icra hakimiyyətinin abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalib olur.

Qaynarinfo xəbər verir ki, belə şirkətlərdən biri də "Vest-LTD" Qapalı Səhmdar Cəmiyyətidir (QSC).

QSC cari ilin 9 ayında 7 tenderin qalibi elan edilib. Bu tenderlər Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilib.

Yuxarıda adı çəkilən qurumlar şirkətdən inventarlar, auditoriyaların, xidməti otaqların və digər müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi ilə bağlı mallar, əsaslı və cari təmir işləri, abadlıq işləri, mebel, yataq ləvazimatları və xüsusi geyimlər almağı planlaşdırır. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 63 046 864,83 manatdır.

Satınalma predmetlərindən görünür ki, "Vest-LTD" QSC həm mebel, həm yataq ləvazimatları, həm xüsusi geyimlər satır, həm də təmir və abadlıq işləri görür.

Əlbəttə bir şirkətin çoxprofilli olması mümkündür. "Vest-LTD" QSC-nin də faliyyəti müxtəlif sahələri əhatə edə bilər. Lakin 9 aya 63 milyonluq sifariş alan bir şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdursa, şirkətin adicə əlaqə nömrələrinə, internet səhifəsinə rast gəlinmirsə, onun ümumiyyətlə fəaliyyəti şübhə altına düşür.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD" QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildən təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib. "Vest-LTD" QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur. "Vest-LTD" QSC kimi Şahin Verdəliyev haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nun sahibi kimdir?Mediada yer alan iddialara görə, şirkətin sahibi Hacı Ramazan Mirəzyevdir. O, "tender kralı" kimi tanınır. Hacı Ramazan Mirəzyevin nəzarətində olan şirkətlərin əsasən Bakı Şəhər İcra Hakimiyyətinin və onun nəzdində fəaliyyət göstərən qurumların, xüsusilə "Bakı Şəhəri Əsaslı Tikinti və Təmir" MMC-nin keçirdiyi tenderlərin qalibi olduğu iddia edilir.

"Vest-LTD" QSC də sözügedən MMC-nin tenderlərində bir çox hallarda qalib olur. Bu isə mediada yer alan iddiaların əsassız olmadığına şübhələri artırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1300   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr