Həkimlərin maaşları artırıla bilər
"Abşeron Mərkəzi Xəstəxanası rayon üzrə əhaliyə xidmət göstərən yeganə tibb müəssisəsidir. Son illərdə xəstəxananın fəaliyyət istiqamətləri genişləndirilib, göstərilən tibbi xidmətlərin çeşidi artırılıb. Əvvəllər burada ağır əməliyyatlar həyata keçirilmədiyi halda, hazırda xəstəxana bütün növ tibbi xidmətləri özündə cəmləşdirir".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
O qeyd edib ki, bu dəyişikliklərin nəticəsində gün ərzində 3 mindən çox şəxs xəstəxanaya müraciət edir:
"Ümumiyyətlə, TƏBİB tabeli tibb müəssisələrinə artan müraciət sayına baxmayaraq, növbələrin minimuma endirilməsi istiqamətində tədbirlər görür. İlk növbədə Vətən müharibəsi qaziləri, şəhid ailələri və əlillər üçün növbəsiz keçid imkanı yaradılıb. Bununla yanaşı, qeydiyyatçıların sayı da artırılıb. Həmçinin Bakıda və regionlarda fəaliyyət göstərən bir sıra tibb müəssisələrində monitorların quraşdırılması təmin edilib. Müəssisələrin qəbul həcminə uyğun olaraq, monitorların sayı 1-dən 10-a qədər dəyişir. Hazırda monitor çatışmazlığı ilə bağlı heç bir tibb müəssisəsində problem müşahidə edilmir".
Vüqar Qurbanovun sözlərinə görə, yaxın gələcəkdə həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır və bu layihələrin təqdimatı planlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1084 Tarix: 30 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr