Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib.
"Qafqazinfo"nun əldə etdiyi özəl məlumata görə, Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib.
Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina edib.
"Boz kardinal" hələ ev dustağı edilməzdən əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya şikayətləri vermişdi. Ramiz Mehdiyevin vəkilləri tərəfindən tələsik şikayət təqdim edilən qərarlardakı sənədlər cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edir.
Mübahisələndirilən sənədlər arasında Səbail Rayon Məhkəməsinin 2025-ci il 13 avqust tarixli qərarı da yer alıb. Həmin qərarla Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsinə icazə verilmişdi. Qərarlardan digəri əsasında isə rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, "Şərq-Qərb" nəşriyyatında və digər ünvanlarda axtarış tədbirlərinin aparılması həyata keçirilib. Müvafiq qərarlar Ramiz Mehdiyevin əməllərinin hələ uzun müddət əvvəl ifşa olunduğunu və ətrafında iş aparıldığını göstərir.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hesabına təyin edilən müdafiəçisindən əlavə özünə daha iki vəkil tutub. Bu günə qədər nə özü, nə ailə üzvləri, nə də vəkilləri ittihamlara münasibət bildirib. Ötən gün isə Mehdiyevə yaxınlığı ilə tanınan, Prezident Administrasiyasının sabiq əməkdaşı, AMEA-nın Katibliyinin rəisi olub faktiki olaraq AMEA-dakı prosesləri R.Mehdiyevin adından idarə etmiş Eldar Əmirov da eyni cinayət işi üzrə dövlət çevrilişinə cəhddə iştirakçılığa görə həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 934 Tarix: 04 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14 noyabrBirdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
15 noyabrAzərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
15 noyabrQədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
16 noyabrSənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
14 noyabrBakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala
16 noyabr