Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Ağdaşda hərbi xidmətə yararsız gəncin yararlı kimi sənədləşdirilərək əsgərliyə göndərilməsinə səbəb olan 2 həkim məsuliyyətə cəlb edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının şüa diaqnostikası üzrə həkimi 1960-cı il təvəllüdlü S.K və 1954-cü il təvəllüdlü həkim-terapevt M.M-ə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə iş açılıb.
Bildirilib ki, onlar 2006-cı il təvəllüdlü çağırışçı S.Behbudovun (şərti) "Öd kisəsinin polipozu" diaqnozlu xəstəliyinə məhəl qoymadan onun hərbi xidmətə yararlı olmasına qərar veriblər. S.Behbudov Cəbrayıldakı hərbi hissədə xidmətə başlayıb.
Lakin hərbi xidmətə gedən gəncin bir müddət sonra kəskin ağrıları başlayıb və o, Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib və burada 1 aya yaxın müalicə olunub.
Bu ilin yanvarında isə 19 yaşlı gənc "Öd kisəsinin polipozu. Beta heteroziqot talessimiya. Zəif qidalanma" diaqnozu ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilməklə Silahlı Qüvvələrin sıralarından tərxis olunub.
Bundan sonra gəncin hərbi xidmətə yararlı olmasına qərar verən həkimlərə cinayət işinin açılmasına və onların 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cəzalandırılmasına qərar verilib.
Ağdaş Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə həkimlərin hər biri 2 min manat cərimə cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1054 Tarix: 14 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr