Neftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilib

Neftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilib15 noyabr 2025-ci il tarixində Neftçala rayon Heydər Əliyev Mərkəzində ənənəvi "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilmişdir. Adıgedən kofrans neftçalalı dilçi alimlərin təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi, "Regional İnkişaf" İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. "AZLİNG" silsilə konfransları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdiirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli Fərmanının ruhuna uyğun olaraq keçirilir. Builki konfrans "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuşdur. Konfransda yüzə yaxın alim və gənc tədqiqatçı iştirak etmişdir. AZLİNG2025 konfransında müasir dünya dilçilik elminin inkişafı fonunda Azərbaycan dilinin aktual problemləri müzakirə olunmuşdur. Konfransda Azərbaycanın tanınmış dilçi alimləri ilə bərabər gənc tədqiqatçılar də iştirak ediblər.

Konfransdan öncə iştirakçılar Neftçala Heydər Əliyev Mərkəzinin önündə ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, tər güllər düzmüşlər. Daha sonra konfrans iştirakçıları konfrans çərçivəsində təşkil olunmuş Azərbaycan Dilçilik Nailiyyətləri Sərgisiylə tanış olmuşlar. Sərgidə Azərbaycan dilçiliyinin son nailiyyətlərini əks etdirən kitablar nümayiş olunmuşdur. Sərgi bir həftə boyunca davam edəcəkdir.

Konfransı giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyi zamanı Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini sitat gətirərək dil və xalqın taleyinin, onun mənliyi və mənəviyyatıyla sıx bağlı olduğunu bildirmişdir. Konfransın açılış hissəsində fəxri qonaq qismində iştirak edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, "Regional İnkişaf" İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxış edərək bugünkü konfransın əhəmiyyətindən söz açaraq vurğulayıblar ki, qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi Azərbaycan dili siyasətini bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev uğurla davam etdirir. Doğma dilimizlə bağlı qəbul olunan müvafiq qərarlar və irəli sürülən tezislər natiqlər tərəfindən bir daha vurğulanmışdır.

Sonra konfransın təşəbbüskarları - AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya elmləri doktoru Qüdsiyyə Qəmbərova "AZLİNG2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" adlı elmi konfransın materialları əsasında nəşr olunmuş linqvistik toplunun təqdimatını edərək kitabın uğurlu elmi araşdırmaların davamı kimi Azərbaycan dilçiliyinə dəyərli töhfəsi kimi qiymətləndirib.

Daha sonra tədbir Heydər Əliyev Fondunun Çin üzrə nümayəndəsi, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. Aqşin Əliyev AZLİNG konfranslarının beş illik hesabatını təqdim etdikdən sonra konfransın "Gənc dilçilər" forumuna başlayıb. "Gənc dilçilər" forumunda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva, Azərbaycan Dillər Universitetini baş müəllimi, Bakı Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov, Bakı Dövlət Universitetinin doktorantı Simnar Əlizadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri, Azərbaycan dilçiliyinin son nailiyyətləri, dilimizin saflığının qorunması yönündə həyata keçirilən islahatlar haqqında fikirlərini auditoriya ilə bölüşmüşlər. Daha sonra forum müzakirə formatında işini davam etdirmişdir.

Konfrans bölmə iclaslarla davam edib. Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini təmsil edən 100-ə yaxın alim və gənc tədqiqatçı aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarını təqdim etmişlər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və "AZLİNG" konfransının növbəti il də keçirilməsi qərara alınıb. Qeyd edək ki, konfrans materialları toplu halında nəşr olunacaqdır.

Neftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilibNeftçalada "AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" beynəlxalq elmi konfransı keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 580   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr