Valideyn davranışının 7 düzgün modeli: Onların mahiyyəti nədir?

Valideyn davranışının 7 düzgün modeli: Onların mahiyyəti nədir?Hər valideyn istəyir ki, uşağı xoşbəxt, özünə güvənən, müstəqil və uğurlu böyüsün. Lakin əsas sual budur: bunu necə etmək olar?

Qaynarinfo xəbər verir ki, təxminən 80 ildir alimlər bu suala uzunmüddətli tədqiqatlar vasitəsilə cavab tapmağa çalışırlar. Xüsusilə, 70 mindən çox valideyn-uşaq cütlüyü ömürləri boyunca müşahidə olunub. Bu, təhsil, məşğulluq, kognitiv qabiliyyətlər, fiziki və psixi sağlamlıq, həmçinin ailə və uşaqların tərbiyəsi haqqında məlumat toplamağa imkan verib.

İnc.com yazır ki, alimlər 5 nəsil uşaqları öyrəniblər - bu, dünyada insan inkişafına ən uzunmüddətli müşahidə olub.

Tədqiqatçılar müəyyən etməyə çalışıblar ki, niyə bəzi uşaqlar uğur qazanır, digərləri isə yox və valideynlərin ümumi uğura rolu nə olub.

Valideynlik üzrə mütəxəssis Helen Pirson qeyd edib ki, fərdi fərqlər rol oynasa da, 7 valideyn davranış modeli ən böyük təsirə malikdir.

Bu 7 model bunlardır:

* Uşaqlarla danışmaq və onları dinləmək bacarığı;
* Onların suallarına səmimi cavab vermək;
* Gələcəkləri ilə bağlı planlarınızı onlarla bölüşmək;
* Onlara rəqəmləri və hərfləri öyrətmək;
* Onlarla birlikdə qonaq getmək və ekskursiyalara çıxmaq;
* Uşaqlara oxumağı sevdirmək və zövq üçün oxumağa təşviq etmək;
* Yatmaq vaxtını müəyyənləşdirmək və ona riayət etmək.

Bu nəticələr sadə görünə bilər, lakin sadə nəticələr çox vaxt son dərəcə önəmlidir.

Məsələn, uşaqlarla danışmaq və onları dinləmək - ən yaxşı göstərici valideynlərin uşaqlarla birlikdə olarkən diqqətinin yayınıb-yayınmamasıdır.

Qısacası, uşaqlarla birlikdə keçirdiyiniz hər an faydalıdır, lakin keyfiyyətli vaxt daha yaxşıdır.

Eyni qayda erkən yaşda uşaqlara oxumaq və böyüdükcə onları zövq üçün oxumağa təşviq etməkdə də keçərlidir. 31 ölkədə 160 mindən çox böyüklə aparılan tədqiqat göstərib ki, uşaqlıqda evdə kitabların sayı nə qədər çoxdursa, iştirakçılar böyüyəndə oxu yazı, riyaziyyat və texnologiyalardan istifadə üzrə daha bacarıqlı olurlar.

Həmçinin, 10 yaşına qədər zövq üçün oxuyan uşaqlar məktəbdə yalnız ana dili deyil, həm də riyaziyyat kimi fənlərdə daha yaxşı nəticə göstərirlər.

Yatmazdan əvvəlki vaxt da vacibdir. Tədqiqat göstərib ki, müxtəlif vaxtlarda yatmaq vərdişi olan uşaqlarda davranış problemləri daha çox müşahidə olunur. Lakin nizamlı yatmaq vaxtı tətbiq ediləndə davranışda yaxşılaşma müşahidə edilir.

Niyə? Tədqiqat göstərir ki, nizamlı olmayan yatmaq vaxtı bədənin təbii ritmlərini poza bilər, yuxusuzluq yarada bilər və bu, beynin yetişməsinə və bəzi davranışların tənzimlənməsinə təsir göstərir.

Beləliklə, uşaqların gələcəkdə daha uğurlu, özünü reallaşdıran və xoşbəxt olmasına kömək edən tədbirləri həyata keçirmək, bəzilərinin düşündüyündən daha sadə ola bilər.

Vacib məqam

Bütün bu nəticələrin bir məhdudiyyəti var: kasıb və ya əlverişsiz ailələrdə doğulan uşaqlar inkişaf üçün daha az imkanlıdır. Yaxşı tərbiyə bəzən çətinlikləri aşmağa və uğur qazanmağa kömək edə bilər, lakin tədqiqat göstərir ki, yaxşı tərbiyə zəngin və kasıb uşaqlar arasındakı təhsil fərqini yalnız təxminən 50% azaldır.

"Təəssüf ki, başlanğıc şərtlər vacibdir. Xoşbəxtlikdən isə yaxşı tərbiyə hər şəraitdə önəmlidir", deyə nəşr qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1043   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada qadının ağız boşluğunda yeddi il əvvəl unudulmuş iynə tapıldı

Rusiyanın Vladivostok şəhərindəki stomatoloji klinikalardan birinin həkimləri pasiyentin ağız boşluğunda iynə tapıblar. xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb. Qeyd olunur ki, yerli sakin təxminən yeddi il ağzında yad cisimlə gəzib. Qadın bildirib ki, uzunmüddətl

22 noyabr
.

Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur

Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən ölkənin ibtidai və orta məktəblərində mobil telefonlardan istifadənin qadağan olunacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, yeni qayda yalnız internetə çıxışı olan mobil telefonları deyil

24 noyabr
.

Avstraliyada aşağı siniflərdə planşetlər qadağan ediləcək

Cənubi Avstraliya ştatının hakimiyyət orqanları dövlət məktəblərinin aşağı siniflərində planşet və noutbukların istifadəsini qadağan etmək, həmçinin daha böyük şagirdlər üçün həftəlik ekransız gün tətbiq etmək qərarına gəliblər. "Report" xəbər verir ki, bu barədə "ABC" teleradio korporasiyas

24 noyabr
.

Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb

Türkiyədə qumar, fırıldaqçılıq və seksual məzmun paylaşımı ilə əlaqəli olduğu müəyyən edilmiş 407 sayta giriş bloklanıb. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Kibertəhlükəsizlik İdarəsi qərar qəbul edib. Belə ki, 16-22 noyabr tarixləri aralığında 793 sosial şəbəkə hesabı və UR

24 noyabr
.

Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq öldü

ABŞ-nin Virciniya ştatının rəsmiləri azyaşlı uşağın qızılcadan ölümünü qeydə alıblar ki, bu da ştat üçün, demək olar, yarım əsrdə ilk belə haldır. xəbər verir ki, bu barədə ştatın səhiyyə idarəsinin məlumatında deyilir. Yerli mətbuatın məlumatına görə, bu, 1978-ci ildən bəri ştatda insanın qızılcada

22 noyabr
.

Sabiq prezidentə ikitərəfli pnevmoniya diaqnozu qoyuldu

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun səhhəti pisləşib. Həkimlər onda ikitərəfli pnevmoniya aşkar ediblər. xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Məlumata görə, Bolsonarunun mədəsindəki möhtəviyyatın tənəffüs yollarına keçməsi nəticəsində bronxoaspirasiya pnevmoniyası yaranıb

24 noyabr
.

İran blokadadan çıxmaq üçün plan hazırlayıb

İran tərəfi ABŞ-nin tətbiq etdiyi blokadadan çıxmaq üçün plan hazırlayıb. "Report" xəbər verir ki, bunu "Bəsic" qüvvələri rəhbərinin müavini Qasım Qureyşi jurnalistlərə açıqlayıb. "Biz blokadanı yarmaq üçün plan hazırlamışıq. İndiyədək bu istiqamətdə yaxşı addımlar atılıb. Hə

22 noyabr
.

Almaniya Ukraynaya milyardlarla avro ayırır

Almaniya Ukraynaya hərbi dəstəyini artırmaq qərarına gəlib. "Yeni Sabah" xəbər verir ki, gələn il ölkəyə 11,6 milyard avro dəyərində yardım göstəriləcək. Bundan əlavə, Ukraynanın istifadə etdiyi kəşfiyyat dronlarının istehsalı Almaniyada həyata keçiriləcək. Bunu Almaniyanın müdafiə naziri Bori

24 noyabr
.

"Titanik"dən sağ çıxan qadının üzüyü hərraca çıxarıldı

"Titanik" faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat

22 noyabr