Fizika qanunlarını pozur: Qədim qara dəlik gözləniləndən 13 dəfə sürətlə böyüyür

Fizika qanunlarını pozur: Qədim qara dəlik gözləniləndən 13 dəfə sürətlə böyüyürYapon astronomları kainatın erkən dövrlərində demək olar ki, qeyri-mümkün sürətlə böyüyən, eyni zamanda güclü rentgen və radio dalğaları yayan qeyri-adi ifrat kütləli qara dəlik kəşf ediblər.

Qaynarinfo xəbər verir ki, "Interesting Engineering"in yazdığına görə, Vaseda və Tohoku universitetlərinin alimləri tərəfindən edilən bu kəşf mövcud nəzəriyyələrə meydan oxuyur və gənc kainatda baş verən əsas fiziki proseslərin hələ də kifayət qədər başa düşülmədiyini göstərir.

"Komanda Subaru teleskopunun köməyi ilə intensiv şəkildə "qidalanan" uzaq kvazarı - aktiv ifrat kütləli qara dəliyi qeydə alıb. Obyekt kainatın yaşının 1,5 milyard ildən az olduğu dövrdə mövcud olub. Qara dəlik fövqəladə dərəcədə sürətli akkresiya (maddə udma) vəziyyətindədir, eyni zamanda rentgen diapazonunda parlaq şəkildə işıqlanır və jetdən (şırnaqdan) güclü radioşüalanma yaradır", - deyə məqalədə bildirilir.

Tədqiqatçıların qeyd etdiyi kimi, bu xüsusiyyətlərin birliyi əksər nəzəri modellərdə nəzərdə tutulmayıb.

Eddinqton həddi

Kütləsi Günəşin kütləsindən milyonlarla və ya milyardlarla dəfə çox ola bilən ifrat kütləli qara dəliklər əksər qalaktikaların mərkəzində yerləşir. Onlar öz qalaktikalarındakı ətraf qazı - əsasən hidrogen və heliumu udaraq böyüyürlər.

Qaz qara dəliyə düşərkən rentgen şüaları yayan qaynar plazma sahəsi - korona (tac) formalaşır. Bundan əlavə, bəzi ifrat kütləli qara dəliklər radio diapazonunda intensiv şüalanan jetlər - maddə axınları yaradırlar.

Lakin alimlər qeyd edirlər ki, əgər qaz çox sürətlə daxil olarsa, şüalanma düşən maddəyə əks təzyiq göstərməyə başlayır və prosesi ləngidir. Məhz beləliklə Eddinqton həddi - akkresiyanın şərti "sürət həddi" yaranır.

Nadir hallarda qara dəliklər müvəqqəti olaraq bu həddi aşa bilərlər - bu hadisə "super-Eddinqton akkresiyası" kimi tanınır və onlara kütləni sürətlə artırmağa imkan verir. Lakin adətən hesab olunur ki, belə şəraitdə yüksək tezlikli şüalanma və jet aktivliyi zəifləməlidir.

Subaru teleskopundakı MOIRCS yaxın infraqırmızı spektroqrafından istifadə edən alimlər, qara dəliyin yaxınlığındakı qazın hərəkətini ölçüblər və Mg II emissiya xətti üzrə onun kütləsini qiymətləndiriblər. Rentgen müşahidələri göstərib ki, qara dəlik maddəni Eddinqton həddindən təxminən 13 dəfə daha yüksək sürətlə udur. Bu da onu öz sinfində ən sürətlə böyüyən qara dəliklərdən biri edir.

"Bu kəşf ifrat kütləli qara dəliklərin kainatın erkən dövrlərində necə bu qədər sürətlə formalaşdığını anlamağa bizi yaxınlaşdıra bilər", - deyə tədqiqatın aparıcı müəllifi, Vaseda Universitetinin əməkdaşı Sakiko Obuçi qeyd edib.

Bundan əlavə, alimlər aktiv korona və güclü jetin mövcudluğunu göstərən parlaq rentgen və güclü radioşüalanma qeydə alıblar. Mövcud super-Eddinqton akkresiya modelləri fərz edir ki, belə ekstremal böyümə tempində bu hadisələr zəif olmalı və ya tamamilə yox olmalıdır.

Tədqiqatçılar ehtimal edirlər ki, kvazar qısa müddətli keçid fazasındadır: güclü qaz axını onu Eddinqton həddindən kənara itələyib, lakin korona və jet hələ sönməyə imkan tapmayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2652   Tarix: 23 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya nüvə başlığı daşıyan peyki orbitə çıxarır - İddia

Rusiya yaxın həftələrdə nüvə başlığı daşıyan peyki orbitə çıxara bilər. xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR telekanalları, eləcə də "Süddeutsche Zeitung" qəzetinin birgə araşdırmasında deyilib. Araşdırmaya görə, "Sputnik-S" adlı aparat artıq yığılıb və bir neçə ildi

23 noyabr
.

İordaniyada "GTA VI" qadağan edilir

İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir. xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlam

23 noyabr
.

İran blokadadan çıxmaq üçün plan hazırlayıb

İran tərəfi ABŞ-nin tətbiq etdiyi blokadadan çıxmaq üçün plan hazırlayıb. "Report" xəbər verir ki, bunu "Bəsic" qüvvələri rəhbərinin müavini Qasım Qureyşi jurnalistlərə açıqlayıb. "Biz blokadanı yarmaq üçün plan hazırlamışıq. İndiyədək bu istiqamətdə yaxşı addımlar atılıb. Hə

22 noyabr
.

Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"

22 noyabr
.

Braziliyanın sabiq prezidenti Bolsonaru reanimasiyada qalır

Braziliya xəstəxanasının reanimasiya şöbəsində olan keçmiş Braziliya prezidenti Jair Bolsonaroya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub. xəbər verir ki, bu barədə "CNN Brasil" tibb müəssisəsinin açıqladığı tibbi bülletenə istinadən məlumat yayıb. Bildirilib ki, sabiq dövlət başçısını

23 noyabr
.

Braziliyada qadın 33 illik köləlikdən azad edildi

Braziliyanın San-Paulu ştatının Embu-das-Artes şəhərində bir ev qulluqçusu 33 ildən artıq müddəti məvacibsiz və məzuniyyətsiz olaraq bir ailənin evində keçirib. xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb. Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlər

22 noyabr
.

Sabiq prezidentə ikitərəfli pnevmoniya diaqnozu qoyuldu

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun səhhəti pisləşib. Həkimlər onda ikitərəfli pnevmoniya aşkar ediblər. xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Məlumata görə, Bolsonarunun mədəsindəki möhtəviyyatın tənəffüs yollarına keçməsi nəticəsində bronxoaspirasiya pnevmoniyası yaranıb

24 noyabr
.

Danimarka məktəblərində smartfonlar qadağan olunacaq

Danimarka hökuməti "Vahid siyahı - Qırmızı-yaşıl koalisiya" və "Alternativ" adlı iki partiya ilə orta məktəblərdə və dərsdənkənar tədbirlər zamanı mobil telefonların istifadəsinin qadağan edilməsi barədə razılıq əldə edib. Ölkənin ibtidai məktəblərində isə smartfonlardan istifad

23 noyabr
.

2500 il əvvəl Siciliyada körpələrə üç aylıqdan bərk qida verilib

Alimlər qədim Siciliyada yaşayan insanların körpələri qidalandırma vərdişləri ilə bağlı maraqlı nəticələr əldə ediblər. Araşdırmaya görə, 2500 ildən çox əvvəl uşaqlara hələ üç aylıq olarkən bərk qidalar verilməyə başlanılıb. xəbər verir ki, tədqiqatın nəticələri "European Journal of Archaeology"

23 noyabr