Azərbaycanda dekabrda nağdsız ödənişlər 19 % artıb
Ötən ilin dekabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2024-cü ilin eyni ayı ilə müqayisədə 19 % artaraq 10 milyard 097 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8 milyard 833 milyon manatı (87,5 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,6 %-ni təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 980 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 12,8 % artaraq 19,903 milyon, kredit kartlarının sayı isə 7,9 % azalaraq 2,077 milyon olub. Dekabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 14,490 milyard manat (illik müqayisədə 18,1 % çox) və 788 milyon manat (11,8 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,1 %, POS-terminalların sayı isə 54,1 % artaraq müvafiq olaraq 3 572 ədəd (Bakı üzrə 1 930 ədəd) və 184 220 ədəd (Bakı üzrə 114 689 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızılın qiyməti son bir ilin minimumuna düşdü
Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai
16 noyabrAzərbaycanda qızılın qiymətləri kəskin dəyişdi
Azərbaycan bazarında qiymətli metalların, xüsusilə qızılın növbəti qiymət göstəriciləri elan olunub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6586,1230 manat səviyyəsində qərarlaşıb. Daxili bazarda isə alıcılar və sərmayəçilərin ən çox maraq göstərilən 1 qram 99 əyyar təmiz qızılı
18 noyabrQızılın qiyməti son 14 ayın minimumuna düşüb
Dünya bazarında qızılın qiyməti 2025-ci il sentyabrın 2-dən bəri ilk dəfə bir troya unsiyası üçün 3550 dollardan aşağı enib. xəbər verir ki, COMEX birjasında 2026-cı ilin dekabrında çatdırılma üçün nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti 5,28 faiz azalaraq 3544,4 dollara düşüb. Beləliklə, qiymə
20 noyabrAzərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb
Gələn il Azərbaycanda qaz hasilatının həcminin 48 milyard 523,7 milyon kubmetrə çatacağı nəzərdə tutulub. xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu göstərici 2026-cı il üçün nəzərdə tutulan proqnozla müqayisədə 0,2 % çoxdur. Ümumi həcmdən 35 milyar
12 noyabrAzərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur. On ayda özəl sektorda ictimai iaş
22 noyabr