Əhalinin borclanma səviyyəsi ilə bağlı real risk varmı? - AÇIQLAMA
Son dövrlərdə kreditlərin və istehlak borclarının artması əhalinin maliyyə vəziyyətinə dair sualları gündəmə gətirib.
Xüsusilə maaş kartları, kredit kartları və istehlak kreditləri vasitəsilə borclanma genişlənərkən, vətəndaşlar arasında "borc yükü hansı həddə çatanda risk yaradır?" sualı ön plana çıxır.
Bəs görəsən əhalinin borclanma səviyyəsi ilə bağlı real risk varmı?
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Sonxeber.az -a açıqlama verib:
"Əhalinin borclanma səviyyəsi ilə bağlı ciddi risklər müşahidə olunmur və proses Mərkəzi Bankın nəzarəti altındadır. Kreditlər rəsmi və şəffaf gəlirlər əsasında verilir, vətəndaşların qeyri-rəsmi qazancı nəzərə alınmır ki, bu da bank sektorunda risklərin idarə olunmasına kömək edir.
Bundan əlavə, kredit ayrılarkən vətəndaşın aylıq gəliri əsas götürülür və ödəniş qrafiki gəlirin 45 faizindən artıq ola bilməz. Bu tələb banklar tərəfindən ciddi şəkildə tətbiq olunur. Kredit kartları üzrə də məhdudiyyətlər mövcuddur - vətəndaşa maaşının 5 mislindən artıq limit ayrılmasına icazə verilmir.
Həm tənzimləyici çərçivə, həm də tətbiq olunan nəzarət mexanizmləri əhalinin həddindən artıq borclanmasının qarşısını almağa xidmət edir. Mövcud statistik göstəricilər də təsdiqləyir ki, ev təsərrüfatlarının borc yükü ümumi iqtisadiyyatın həcmi ilə müqayisədə aşağı səviyyədə qalır. Bu isə maliyyə sabitliyi baxımından müsbət amil hesab olunur".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA
Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların
6 may 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA
Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa
19 may 2021Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA
Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların
15 may 2021Toylar necə keçiriləcək? - AÇIQLAMA
Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl
26 may 2021Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın
8 sentyabr 2021İdxal və ixrac olunan məhsullar AÇIQLANDI
Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə
24 iyul 2021