Təzyiqiniz varsa, böyrəyinizi yoxlatdırın
Böyrəklərimiz bədənimizin səssiz çalışan qəhrəmanları kimidir. Bir çox problemlərin səbəbi də böyrəyin xəstə olmasından irəli gəlir.
Axşam.az xəbər verir ki, böyrəklər yalnız sidik ifraz etmir, eyni zamanda orqanizmin kimyəvi laboratoriyası və tarazlıq mərkəzi kimi fəaliyyət göstərir. Həmçinin qan təzyiqinin (tansiyonun) tənzimlənməsində də mühüm rol oynayır. Bu səbəbdən təzyiq və böyrək sağlamlığı bir-biri ilə sıx bağlıdır. Böyrəklər bədəndən artıq su və duzu çıxarır və qan təzyiqini tənzimləyən müəyyən hormonlar ifraz edir.
Uzun müddət nəzarətsiz qalan yüksək qan təzyiqinin zamanla böyrəklərdəki kiçik qan damarlarına zərər verir. Böyrəklərin qanı süzmə qabiliyyətini azaldır. Sidikdə zülal sızmasına səbəb ola bilər. Zamanla böyrək çatışmazlığına qədər irəliləyə bilər.
İnsan özünü yaxşı hiss edərkən, böyrəklər səssizcə zədələnə bilər və bu da pis bir dövrə yarada bilər. Yüksək qan təzyiqi böyrəklərə zərər verdiyindən və böyrək zədələnməsi qan təzyiqinin daha da artmasına səbəb olduğundan, qan təzyiqi və böyrək sağlamlığı birlikdə izlənilməlidir.
Hipertoniya xəstələri, diabet xəstələri, 40 yaşdan yuxarı insanlar, ailəsində böyrək xəstəliyi olanlar və uzun müddət və tez-tez ağrıkəsicilərdən (xüsusilə QSİƏP) istifadə edənlər risk altındadır.
Nə etməli?
Qan təzyiqinizi müntəzəm olaraq ölçün, duz qəbulunu azaldın, reseptli qan təzyiqi dərmanlarını müntəzəm olaraq qəbul edin, lazımsız ağrıkəsicilərdən çəkinin, siqaret çəkməyin, sağlam çəkiyə sahib olun və müntəzəm olaraq idman edin, həmçinin ildə ən azı bir dəfə qan və sidik analizləri verin.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabr