Yuxuda arıqlamağın sirri: Niyə saat 23:00-dan tez yatmaq vacibdir?
"Gecəyarısından sonra oyaq qalanlar özlərini təkcə istirahətdən deyil, həm də sağlam arıqlama vasitəsindən məhrum edirlər".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı həkim-dietoloq Nataliya Lazurenko RT telekanalına müsahibəsində deyib.
O izah edib ki, yuxu zamanı orqanizm bədənə və sağlamlığa birbaşa təsir edən mürəkkəb biokimyəvi prosesləri işə salır:
"Başqa sözlə, yuxu sadəcə "huşun getməsi" deyil, beyin və sinir sistemi üçün ən vacib yenidənqurma mərhələsidir. Məhz günün qaranlıq vaxtında həzm prosesləri başa çatır və orqanizm gün ərzində yediyimiz hər şeyi mənimsəyir. Lakin ən əsası - gecə vaxtı həyati vacib hormonlardan ibarət xüsusi "kokteyl" istehsal olunur".
Mütəxəssisin sözlərinə görə, bu prosesin əsas iştirakçılarından biri böyümə hormonu kimi tanınan somatotropindir. Uşaqlarda o, inkişafa cavabdehdirsə, böyüklərdə əzələ liflərinin miqdarını tənzimləyir, hüceyrələrin yenilənməsini başladır və yağyandırma prosesini işə salır:
"Bu hormonun ifrazının pik nöqtəsi təxminən gecə saat 01:00-a təsadüf edir. Ancaq bu proses yalnız bir şərtlə maksimum effekt verir - həmin an insan artıq yuxuda olmalıdır. Yəni yatmaq üçün son vaxt saat 23:00-dır".
Bununla yanaşı, dietoloq xəbərdarlıq edib ki, orqanizmin gecə işinin keyfiyyətinə axşam yeməyi ciddi təsir göstərir. Hormon insan yatmasa belə ifraz olunacaq, lakin onun tam gücü ilə işləməsi üçün düzgün "tənzimləmələr" lazımdır: son qida qəbulu yuxudan ən azı üç saat əvvəl olmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrOftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir
"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"
9 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabr