Azərbaycanda tikinti materiallarının istehsalı 39 %-dən çox artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 39 %-dən çox artıbBu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dəyəri 117,8 milyon manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 39,3 % çoxdur

Məlumata görə, ay ərzində ölkədə asfalt istehsalı 2,1 dəfə artaraq 5,2 min tona, tikinti əhənginin istehsalı isə 40 % artaraq 2,8 min tona çatıb.

Hesabat dövründə betondan yığma tikinti konstruksiyalarının istehsalında 4,9 min kubmetr (+28,9 %), sement klinkerlərinin istehsalında isə 395,5 min ton (+13,7 %) qeydə alınıb.

Bu müddət ərzində tikinti şüşəsinin istehsalı 8,3 % artaraq , 843,6 min kvadratmetrə çatıb.

Eyni zamanada gips məmulatlarının istehsalı 75,7 % azalaraq 1,7 min ton, tikinti gipsinin istehsalı isə 85,1 % azalaraq 1000 ton təşkil edib.

Bu ilin yanvar ayında sement və betondan hazırlanan kərpiclərin, habelə oxşar məmulatların istehsalı 63 % azalaraq 4,4 tona düşüb.

Hesabat dövründə tikinti kərpiclərinin istehsalında 40,8 min kubmetr (- 20,2 %), hazır beton istehsalında isə 281 min ton (- 20,9 %) müşahidə olunub.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 853   Tarix: 21 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq

Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c

4 noyabr
.

Qızıl bazarında son vəziyyət

5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını

5 noyabr
.

Azərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat

17 noyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 95,52 dollara düşdü

Əvvəlki hərracların nəticələrində qeydə alınan əhəmiyyətli artımdan sonra cümə səhəri neft qiymətləri orta dərəcədə azalır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,30 dollar (0,31 faiz) az, 95,52 dollar/bare

13 noyabr
.

Vəfat edən şəxsin pensiya kapitalı niyə ailəsinə verilmir? - İQTİSADÇIDAN AÇIQLAMA

İnsanlar uzun illər çalışaraq əməkhaqlarından sosial sığorta haqları ödəyir və gələcək pensiya təminatları üçün fərdi hesablarında pensiya kapitalı formalaşdırırlar. Lakin şəxs pensiyaya çıxdıqdan sonra vəfat etdikdə onun illərlə topladığı vəsaitin taleyi məsələsi gündəmə gəlir. Bir sıra ölkələrdə pensiy

18 noyabr
.

Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %

13 noyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 91,55 dollara düşdü

Neft qiymətləri əvvəlki gün yüksəlişdən sonra cümə axşamı səhəri düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,21 dollar və ya 1,3 faiz azalaraq bir barel üçün 91,55 dollara düşüb. Çərşənbə günü Brent markalı neftin qiyməti 1,2

12 noyabr
.

Azərbaycanda kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki yaşayış kompleksindən 27, Sumqayıt şəhəri, Sülh prospektindəki yaşayış kompleksindən 38 və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsindəki yaşayış kompleksində

17 noyabr
.

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 243,366 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. Oktyabr ayında Türkiyə Azərbaycana 29,872 milyon ABŞ dolları dəyərind

9 noyabr